PDF Oxu

Sosial

  • 18

Türkiyə-Azərbaycan dostluq əlaqələri sarsılmaz təməllərə söykənir

Türkiyə-Azərbaycan dostluq əlaqələri sarsılmaz təməllərə söykənir

Dərin tarixi köklərə sarsılmaz əlaqələrə söykənən Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətləri iqtisadi, sosial, humanitar və digər sahələrdə əlaqələrin genişlənməsi müəyyən dairələri narahat edir. Ona görə də, bu münasibətlərin pozulmasına yönəlmiş cəhdlər səngimir. Düşmən dairələrin tapşırıq və tövsiyələri ilə müstəqil Azərbaycan Respublikası ilə Türkiyə arasında münasibətlərin möhkəmlənməsində müstəsna xidmətləri olmuş şəxsiyyətlər hədəfə götürülür, onların haqqında həqiqətə uyğun olmayan, qərəzli, subyektiv mülahizələrə əsaslanan məlumatlar yayılır, tarixi həqiqətlər təhrif edilir, bu mövzularda KİV-lərdə materiallar verilir, kitablar nəşr olunur.
Azərbaycan ziyalıları, cəmiyyətin bütün təbəqələrindən olan nümayəndələr, ictimai xadimlər, millət vəkilləri, hökumət və dövlət nümayəndələri Türkiyə-Azərbaycan əlaqələrinin hazırkı durumundan olduqca narahatçılıq keçirən qüvvələrin Turqut Ər kimi üzdəniraq şəxslərin əli ilə müəyyən gərginliklər yaratmaqda maraqlı olduqlarını bildiriblər.
Millət vəkili, parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova müəyyən bir müddət Türkiyənin Azərbaycandakı səfirliyində çalışmış, lakin qeyri-normal davranışlarına görə qovlanmış Turqut Ərin sonradan məhz daxili çirkablarının daha qabarıq şəkildə üzə çıxmasını onun mənsub olduğu qüvvələrin mənşəyi ilə əlaqələndirib. Bildirib ki, T.Ərin iftira, böhtan dolu bir kitab yazması heç də təsadüfi deyil. R.Aslanova T.Ərin Azərbaycanda 7 noyabr parlament seçkiləri öncəsi "Yeni Müsavat" qəzetinə müsahibə verdiyini və bu müsahibədə çox aydın şəkildə uzun illər dostluq etdiyi "AXCP (i)-Müsavat" birliyinin nümayəndələrinin olduğunu bildirib. "Müxalifət nümayəndələri həmişə ölkəmizin, xalqımızın əleyhinə çıxan qüvvələrlə və dövlətçiliyimizə iftiralar atmaq istəyən şəxslərlə həmişə gözəl münasibətlərdə olub, indi də həmin şəxslərlə münasibətləri çox yüksək səviyyədədir. Qeyd edim ki, T.Ər həmin müsahibəsində müxalifət nümayəndələrinə öz "məsləhət"lərini də verib. T.Ər, həmçinin müxalifətçi dostlarının konkret adlarını da çəkərək bildirib ki, Rauf Arifoğlu, İsa Qəmbərov və Əli Kərimovun deputat seçilməsi üçün əlindən gələni edəcəyini də vurğulayıb. Seçkilər bitdi, Azərbaycan vətəndaşı öz seçimini etdi, ədalətli, şəffaf seçkilərin nəticələri müəyyənləşdi və məlum oldu ki, Azərbaycan seçicisi müxalifətin, konkret olaraq, T.Ərin adını çəkdiyi şəxslərə, onun dostlarına etimad göstərmədi, onlara öz inamsızlığını ortaya qoydu".
Komitə sədri onu da əlavə edib ki, bütün bunlar əbəs, boş cəhdlərdir: "Əvvəla, T.Ər elə bir böyük qələm əhli deyil ki, onun yazdıqları bu gün ictimai rəyə hansısa bir təsir göstərə bilsin. Bu şəxs nə Türkiyədə tanınır, qəbul edilir, nə də Azərbaycanda. Əksinə, Azərbaycanda uğursuz fəaliyyətinə görə o, çoxdan Türkiyəyə qovulub. Məsələ burasındadır ki, onun yazdıqlarını heç öz ölkəsində də oxumurlar. Amma bu gün onun haqqında məlumatı Azərbaycana gətirmək, Azərbaycan ictimaiyyətinə çatdırmaq üçün canfəşanlıq edən adamlara demək lazımdır ki, T.Ərin cızmaqaraları sənin millətinə, sənin dövlətinə, sənin dövlət rəhbərliyinə ünvanlanmış iftiralar, böhtanlardır. Onları hansı mənəviyyatla Azərbaycan qəzetlərində dərc etdirirsiniz? Bunu heç düşmən də etməz. Axı, necə ola bilər ki, sənin xalqına, sənin Ümummilli Liderinə, sənin dövlət başçına, Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi olması üçün əlindən gələni edən insanlara qarşı çevrilmiş belə böhtanlara haqq qazandırmağa çalışasan? Belə çıxır ki, siz sabah erməni yazarlarının da, Azərbaycan haqqında yazdıqlarını öz qəzetlərinizdə canı-dildən verə bilərsiniz. Bunu da onlardan gözləmək olar".

Millət vəkili, Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı Turqut Ərin yazdığı və "Azadlıq" qəzetində dərc edilən riyakarlıqla dolu kitabının yaratdığı hüquqi məsuliyyətin araşdırılmasının zəruriliyini bildirib. Millət vəkili "Azadlıq" qəzetinin Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı T.Ərin riyakarlıqla və böhtanla dolu kitabının ardıcıl olaraq dərc etdiyini açıqladı. "Həmin materiallarda Azərbaycanın müstəqillik qazandığı tarixi dövr, Ulu Öndər Heydər Əliyevin müasir dövlət quruculuğunun əsasları əleyhinə ağır ittihamlarla dolu fikirlər, cinayət məsuliyyəti doğuracaq tezislər və mülahizələr əksini tapmaqdadır"-deyən Z.Oruc bunun söz və mətbuat azadlığı prinsipləri ilə uzlaşmadığını "Kütləvi informasiya vasitləri haqqında" Qanunun bir çox müddəalarının kobud pozulması ilə müşayiət olunduğunu bildirib. Z.Oruc bizimlə söhbətində bildirib ki, şərəf və ləyaqət anlayışı həm canlı insanlara, həm də dünyadan köçən insanlara aiddir. O deyib ki, "WikiLeaks" saytının məlumatlarından sonra Hillari Klinton Amerika dövlətinin nüfuzuna dəyən ziyandan və müvafiq addımlar atacağından, o adamların cinayət məsuliyyətinə cəlb olunacağından bəhs eləyib.

- Turqut Ər kimi naməlum yazarların cızmaqaraları bir daha həmin "yazarın" ləyaqətsizliyini nümayiş etdirir. Şəxsiyyəti qaranlıq olan bir şəxsin sifarişlə yazmış olduğu riyakarlıqla dolu kitab Azərbaycan xalqına düşmən olan qüvvələrin diqtəsi ilə ortaya atılıb. Çünki səbəbi yaradan və onun arxasında dayanan qüvvələr var. T.Ər bu kitabı yazmaqla, ilk növbədə, Azərbaycanla Türkiyə arasında yaranan qardaşlıq münasibətinə kölgə salmaq istəyib. Bu səbəbdən də T.Ər bu kitabı yazmaq istəyində olub. T.Ər bir şeyi də bilməlidir ki, onun arxasında dayanan siyasi qüvvələr müəyyən vaxtda onu birdəfəlik istifadəsiz tullantıya çevirəcəklər. Ona görə də, bu gün həm türk, həm də Azərbaycan xalqı yaxşı bilir ki, bu iki dövlət arasında qardaşlığa qısqanclıqla yanaşan bir çox qüvvələr var. Eyni zamanda, həmin ölkələrin daxilində də, öz çirkin məqsədlərini həyata keçirmək istəyində olan qüvvələr az deyildir. Bu kitabın çap olması, bir daha onu da sübut etdi ki, bu iki xalq arasında yaranmış dostluğun pozulmasına çalışmaq istəyənlər xaricdə deyil, həmçinin, ölkənin daxilində də var. Həmçinin, qeyd edim ki, T.Ərin genetik kökü ermənilərə gəlib çıxır və bu nöqteyi-nəzərdən də, o, belə bəyanatlarla çıxış edir. İnanıram ki, belə erməni kökə malik olan T.Ərin böhtanlı çıxışlarından sonra iki dövlət arasında əlaqələr daha da möhkəmlənəcək və heç bir qüvvə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu dostluğa kölgə sala bilməyəcək.

Digər xəbərlər