PDF Oxu

Sosial

  • 10

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Dünən Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İclasda cari il noyabrın 7-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Müraciətlərdən dördünün qanunla müəyyən edilmiş şikayətvermə müddəti ötürüldüyündən ərizəçilərin özlərinə geri qaytarılması, ikisinin əsassız olduğundan təmin edilməməsi, birinin isə aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb. Komissiyanın iclasında cari məsələlərə də baxılıb. İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Digər xəbərlər