PDF Oxu

Sosial

  • 18

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, MSK üzvü Gülağa Aslanlı iclasın gündəliyi təsdiq olunmamışdan əvvəl söz alaraq deyib ki, o, MSK-nın sonuncu iclasında 7 noyabr parlament seçkiləri ilə bağlı yekun protokolunun əleyhinə səs versə də, "Azərbaycan" qəzetində bununla bağlı yanlışlığa yol verilib, yəni onun yekun protokolun lehinə səs verdiyi göstərilib. MSK sədri Məzahir Pənahov bunun texniki səhv olduğunu qeyd edib və beləliklə G. Aslanlının qaldırdığı məsələ iclasın gündəliyinə salınmayıb. İclasda Milli Məclisə seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılıb. Müraciətlər barədə MSK katibi Natiq Məmmədov, MSK üzvləri Validə Kazımova və Nizami Nadirov məlumat verib. İclasda 8 müraciətə baxılıb. Onlardan 3-ü müddəti bitdiyi üçün geri qaytarılıb, digər 5 müraciət isə əsassız hesab edilərək təmin edilməyib. İslasın sonunda G.Aslanlı məsələni yenidən qaldırıb. O, qeyd edib ki, MSK qəzetin yanlışlığa yol verməsi ilə bağlı qərar qəbul etməli və təkzib verilməsini tələb etməlidir. MSK katibi isə qərara ehtiyac olmadığı, təkzib verilmədiyi halda bu məsələyə baxıla biləcəyini deyib. G.Aslanlı "Azərbaycan" qəzeti tərəfindən növbəti nömrədə təkzib verilmədiyi halda məhkəməyə müraciət edəcəyini deyib.

Digər xəbərlər