Müdafiə Nazirliyində kollegiya iclası olub
Dünən Müdafiə Nazirliyinin genişləndirlmiş hərbi kollegiyası olub. Milli.Az xəbər portalına nazirlikdən verilən məlumata görə, iclasda kollegiya üzvləri, müdafiə nazirinin müavinləri, idarə, müstəqil şöbə, xidmət rəisləri, birlik, birləşmə komandirləri, onların müavinləri, qərargah rəisləri, təhsil və hərbi müəssisələrinin rəisləri iştirak ediblər. Kollegiya iclasında müdafiə naziri Səfər Əbiyev Silahlı Qüvvələrin 2010-cu ildə hazırlığının yekunları və 2011-ci tədris ilində vəzifələri haqqında geniş məruzə ilə çıxış edib.