Əflatun Amaşov: “Əvvəlki seçkilərlə müqayisədə mətbuatda peşəkarlıq qaydalarının pozuntusu azalıb”
"Azərbaycan Mətbuat Şurasının əvvəlki seçkilərdə keçirdiyi monitorinqlər indiki monitorinqlə müqayisədə fərqlənir". SİA-ya açıqlamasında bu sözləri Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov MŞ-nin seçkilər dövründə yazılı mətbuatda keçirdiyi monitorinqin nəticələrinə münasibət bildirərkən deyib.
Əvvəlki seçkilər dövründə jurnalistlərin peşəkarlıq qaydalarını kifayət qədər pozduğunu deyən Ə.Amaşov bildirib ki, bu hallar builki parlament seçkiləri dövründə xeyli azalıb: "Əvvəlki seçkilərdə qeydə alınan pozuntuların beşdə biri bu il qeydə alınmayıb. Monitorinq Azərbaycanda mütəmadi olaraq fəaliyət göstərən bütün mətbuat orqanlarında bir ay müddətində aparılıb. Bir ay müddətində davam edən monitorinqin nəticələri ümimiləşdirildikdən sonra bir hesabat hazırlanacaq. Monitorinqlə bağlı kitabça hazırlanacaq". Seçkilərə 24 gün qalmış təbliğat-təşviqat kampaniyasının dayandırılması ilə bağlı qanunvericiliyin olmasına baxmayaraq bəzi kütləvi informasi vasitələrində təbliğatın aparılmasına gəlincə, MŞ sədri bildirib ki, bu işlə Mərkəzi Seçki Komissiyası məşğul olur.