PDF Oxu

Sosial

  • 10

Yeni Azərbayca Partiyası xalqın inandığı və etibar etdiyi yeganə partiyadır

Yeni Azərbayca Partiyası xalqın inandığı və etibar etdiyi yeganə partiyadır

Dünən YAP tərəfindən 47 saylı Mingəçevir seçki dairəsindən Milli Məclisə namizədliyi irəli sürülən Aydın Mirzəzadənin Y.Məmmədzadə adına şəhər stadionunda seçicilərlə növbəti görüşü keçirilib. 4500 seçicinin iştirak etdiyi görüşdə deputatlığa namizədlə seçicilər arasında diskussiya xarakterli maraqlı müzakirələr aparılıb. Ərazidə mövcud olan problemlər, eləcə də, insanların üzləşdikləri qayğılarla bağlı məsələlərə deputatlığa namizəd Aydın Mirzəzadə aydınlıq gətirib.
Bildirib ki, o, mövcud problemlərin aradan qaldırılması üçün artıq icra orqanları qarşısında məsələ qaldırıb. YAP-ın Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov çıxışında bildirib ki, Aydın Mirzəzadə o deputatlığa namizədlərdəndir ki, fəaliyyətini yalnız dövlətə və xalqa xidmət üzərində qurub. Təşkilat sədri seçicilərə deputatlığa namizəd Aydın Mirzəzadənin tərcümeyi-halı haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, Aydın Mirzəzadə həm təcrübəli parlamentar, dövlətə və Prezidentə sədaqətli insan həm də, əsl vətənpərvər, həqiqi ziyalıdır: "Əminəm ki, şəhərimizin əhalisini Milli Məclisdə ən yüksək səviyyədə təmsil etməyə layiq namizəd ancaq Aydın Mirzəzadədir. İnanıram ki, o, hər birimizin, bütövlükdə, rayonun problemlərinin həllində əlindən gələni əsirgəməyəcək. Sizləri fəal olmağa və YAP-ın deputatlığa namizədi Aydın Mirzəzadəyə səs verməyə çağırıram".
Görüşdə çıxış edən deputatlığa namizəd Aydın Mirzəzadə parlament seçkiləri və onun ölkənin demokratik inkişafına verdiyi töhfələrdən danışıb. Bildirib ki, azad, demokratik seçkilərin keçirilməsində hər zaman maraqlı olan Azərbaycan dövləti bunun üçün lazımi texniki və hüquqi prosedurları tam şəkilə yerinə yetirib. Aydın Mirzəzadə ümumxalq partiya olan Yeni Azərbaycan Partiyasının vahid seçki platformasından, eləcə də, millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlər barəsində də məlumat verib. Deputatlığa namizəd çıxışında Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyasının hər zaman xalqa və dövlətə xidmət prinsipini prioritet saydığını qeyd edib: "Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən siyasət Azərbaycan dövlətinə və xalqına xoş və firavan həyat bəxş edib. "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası nəticəsində bölgələrimiz inkişaf edib, əhalinin yaşayış durumu yaxşılaşıb, quruculuq-abadlıq işləri geniş vüsət alıb. Kənd və qəsəbələr də müasir tələblərə cavab verən diaqnostika mərkəzləri, yeni xəstəxanalar tikilərək, əhalinin istifadəsinə verilib. Həyata keçirilən bu işlər ancaq bir məqsədə xidmət edir: əhali daha firavan və rahat yaşasın. Təbii ki, bu uğurların əldə olunmasında Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının xidməti və rolu böyükdür. Azərbaycan dövlətçiliyinə, xalqımıza sədaqətlə xidmət edən Yeni Azərbaycan Partiyasının namizədləri bu seçkilərdə qalib gələrək, Milli Məclis üzvlüyünə seçilərsə, fəaliyyətləri ancaq Ulu Öndərimiz Heydər Əliyevin xalqımıza və dövlətimizə iqtisadi-siyasi uğurlar gətirən ideyalarının reallaşması uğrunda daha da gücləndirmək olacaq ".
Görüşdə çıxış edən Mingəçevir Texniki Liseyinin direktoru Sahib Məmmədov, 16 saylı orta məktəbin direktoru Babək Cəlilov, şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Eldar Kərimov, Tələbə Poliklinikasının baş həkimi Nurcamal Əsgərova, Mingəçevir Şəhər Sanitar-Təmizlik İdarəsinin müdiri Əli Ağamirov, Mingəçevir Şəhər YAP gəncləri adından Ceyhun Atayev və digərləri çıxış edərək, səmimi, mehriban insan Aydın Mirzəzadəni yaxşı tanıdıqların və mingəçevirlilərin 7 noyabr parlament seçkilərində məntəqələrə gedərək, hamılıqla ona səs verəcəklərini bildiriblər.
YAP tərfindən 47 saylı Mingəçevir seçki dairəsindən Milli Məclisə namizədliyi irəli sürülən Aydın Mirzəzadənin seçicilərlə təşviqat xarakterli görüşləri davam edir.

Digər xəbərlər