PDF Oxu

Sosial

  • 12

Layiqli, böyük qələbəyə doğru

Layiqli, böyük qələbəyə doğru
Dünən 55 saylı Xaçmaz şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Arif Əşrəf oğlu Əşrəfov Hülövlü, Üçgün kəndlərində və Xaçmaz şəhərinin bir məhəlləsində seçicilərlə görüşüb. Keçirilən görüşləri giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açıb.
Görüşdə seçicilərdən İmran Müslümov, Ağamurad Müslümov, Əlyar Qasımov, Arif Qurbanəliyev, Abdulkərim Məmmədov, Qaflan Rüstəmov, Fəxrəddin Məmmədov, Samir Orucov və başqaları çıxış ediblər. Deputatlığa namizəd A.Əşrəfov seçicilər qarşısında çıxış edərək, YAP-ın seçki platforması ilə bağlı geniş və ətraflı məlumat verib.
Keçirilən görüşləri giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açıb. N.Ağayev çıxışında qeyd edib ki, Xaçmazda Yeni Azərbaycan Partiyasının namizədi Arif Əşrəfovun təbliğat-təşviqat kampaniyası müvəffəqiyyətlə başa çatmaq üzrədir: "Xaçmazlılar Yeni Azərbaycan Partiyasına, bu partiyanın namizədlərinə böyük rəğbət bəsləyir. İnanıram ki, partiyamız 7 noyabr seçkilərində böyük və inamlı qələbə qazanacaq. Bu baxımdan, deputatlığa namizəd Arif Əşrəfov keçirdiyi bütün görüşlərdə seçicilər tərəfindən böyük hörmət və səmimiyyətlə qarşılanır. Əminəm ki, A.Əşrəfov Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi kimi, bu seçkilərin qaliblərindən olacaq və Xaçmaz sakinlərini Milli Məclisdə ləyaqətlə təmsil edə biləcək".
Milli Məclis üzvlüyünə namizəd Arif Əşrəfov çıxışı zamanı partiyanın seçki platformasında müəyyənləşdirilən hədəflərə çatmaq üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib: "Seçicilərin bu fəallığı və diqqəti məni çox sevindirir. Seçicilərin səsinə və dəstəyinə güvənir, millət vəkili seçiləcəyimə böyük ümid bəsləyirəm. İnanıram ki, xaçmazlılar bu seçkilərdə ən layiqli olanı seçəcək, ən layiqli namizədə səs verəcəklər. Milli Məclis üzvlüyünə namizəd kimi, seçicilərin etimadını qazanacağım halda, bu etimadı doğrultmaq üçün böyük səy göstərəcəyəm. Çalışacağam ki, parlamentdə xaçmazlıları layiqincə təmsil edim. Ümid edirəm ki, Milli Məclisin üzvü seçiləcəyim halda, bu çətin vəzifənin öhdəsindən layiqincə gələ biləcəyəm. Millət vəkili seçiləcəyim təqdirdə, partiyanın seçki platformasında nəzərdə tutulan hədəflərə çatmaq üçün lazımi səy göstərəcək, ləyaqətlə çalışacağam".
A.Əşrəfov görüşdə seçiciləri maraqlardıran suallara dolğun, məzmunlu cavablar verib. O, millət vəkili seçiləcəyi təqdirdə, göstərilən etimadı layiqincə doğrultmağa çalışacağını bildirib.
55 saylı Xaçmaz şəhər seçki dairəsində Yeni Azərbaycan Partiyasının namizədi Arif Əşrəfovun təbliğat-təşviqat kampaniyası davam edir.

Digər xəbərlər