PDF Oxu

Sosial

  • 16

Yeni Azərbaycan Partiyası xalqın inam və inanc yeridir

Yeni Azərbaycan Partiyası xalqın inam və inanc yeridir
Yeni Azərbaycan Partiyası tərəfindən 26 saylı Sabunçu birinci seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Elnarə Firudin qızı Tağıyeva rayonun Bakıxanov qəsəbəsindəki 1 saylı Bakı Texniki Peşə Məktəbinin akt zalında seçicilərlə görüş keçirib. Görüşdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva çıxış edərək, ölkəmizdə təmin olunmuş möhkəm sabitlik və əmin-amanlıq şəraitində həyata keçirilən uzunmüddətli davamlı inkişaf proqramlarının mühüm nəticələrindən bəhs edib.
M.Abasquliyeva bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman böyük xalq dəstəyinə güvənərək, bütün seçkilərdə inamlı qələbə qazanıb: "Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidmət prinsipini prioritet sayıb. Xalqın sosial rifahının yüksəldilməsi həmişə YAP-ın ali məqsədlərindən biri olub. Partiyamızın bölgədə və dünyada artan nüfuzunun başlıca səbəblərindən biri də məhz güclü sosial dayaqlarının olmasıdır".
M.Abasquliyeva YAP-ın 26 saylı Sabunçu seçki dairəsi üzrə deputatlığa namizədi barəsində məlumat verib. Bildirib ki, YAP-ın namizədləri indiyə kimi keçirilən bütün seçkilərdə verdiyi vədlərə əməl etdiyinə görə, xalq tərəfindən sevilir: "Onlara böyük inam və etibar var. Ona görə də, seçicilər indidən öz qərarlarını dəqiqləşdiriblər, onlar birmənalı olaraq, YAP-ın namizədinə səs verəcəklər".
Tədbirdə çıxış edən YAP-ın 26 saylı Sabunçu birinci seçki dairəsi üzrə deputatlığa namizəd Elnarə Tağıyevanın vəkili Şəhla Şıxəliyeva qeyd edib ki, ölkəmizdə həyata keçirilən islahatlar xüsusilə bölgələrimizdə, o cümlədən, Bakı şəhərində də daha çox hiss olunur: "Xalqımızın sosial vəziyyətinin yaxşılaşması onların indiki hakimiyyətə inamını gücləndirir. Ona görə də, seçicilərimizin bu seçkidə də YAP-ın namizədlərinə səs verəcəklərinə tam əminik".
YAP-ın 26 saylı Sabunçu birinci seçki dairəsi üzrə deputatlığa namizədi Elnarə Firudin qızı Tağıyeva seçiciləri qarşısında çıxış edərək, respublikamızın sürətli inkişafına və insanların rifah halının yaxşılaşmasına səbəb olan davamlı proqramların əhəmiyyətinə toxunub: "Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən siyasət respublikamızda sabitliyin möhkəmlənməsinə, insanların sosial rifah halının yaxşılaşmasına səbəb olub. Bu gün ölkəmizdə əmin-amanlıq, hər kəsin dinc və rahat yaşaması və fəaliyyət göstərməsi üçün əlverişli şərait mövcuddur".
Namizəd onu da bildirib ki, bu gün ölkədə aparılan uğurlu siyasət, mükəmməl strategiya hökumətə və iqtidar partiyası olan YAP-a inamı artırır, əhalinin rəğbətini yüksəldir. Partiyamızın bölgədə və dünyada artan nüfuzunun başlıca səbəblərindən biri də məhz güclü sosial dayaqlarının olmasındadır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yüksək inkişaf və tərəqqi konsepsiyasının YAP Sədri, Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi və keyfiyyətcə zənginləşərək, yeni mərhələyə qədəm qoyması xalqın iqtidara və partiyamıza olan inam və etibarını daha da möhkəmləndirib. Çünki xalq ilbəil yaşayış səviyyəsinin, güzəranın yaxşılaşmasına səbəb olan davamlı islahatlarının nəticələrini öz həyatlarında hiss edərək dəyərləndirir.
Elnarə Tağıyeva onu da bildirib ki, seçiləcəyi təqdirdə, seçicilərin arzu və istəklərinin reallaşdırılması istiqamətində daha fəal olmağa çalışacaq. Ölkəmizin və Sabunçu rayonunun hərtərəfli inkişafı və tərəqqisi üçün səylərini artıracaq.
Seçicilər adından çıxış edən rayon sakini Könül Əliyeva bildirib ki, onlar YAP-ın namizədi Elnarə Tağıyevanı birmənalı olaraq dəstəkləyirlər.

Digər xəbərlər