PDF Oxu

Sosial

  • 14

Qazax seçiciləri Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər

Qazax seçiciləri Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər
Dünən 107 saylı Qazax seçki dairəsindən YAP-ın deputatlığa namizədi Əhməd Vəliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Qazağın sərhədyanı Quşçu Ayrım, Məzəm və Alpout kəndlərində seçicilərlə görüşü keçirilib.
Keçirilən görüşlərdə YAP-ın Qazax rayon təşkilatının sədri Həmid Pənahov noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilər barədə görüş iştirakçılarını məlumat verərək, bildirib ki, Yeni Azərbaycan Partiyası 107 saylı Qazax seçki dairəsindən professor Əhməd Vəliyevin namizədliyini irəli sürüb. Həmid Pənahov çıxışında Əhməd Vəliyevin Azərbaycanın görkəmli ziyalılarından biri, tanınmış alim olduğunu qeyd edib. H.Pənahov YAP-ın builki parlament seçkilərinə "Güclü dövlət, yüksək rifah" devizi altında getdiyini bildirib. YAP-ın və onun namizədlərinin hər zaman xalq tərəfindən dəstəyini qazandığını bildirən partiyanın rayon təşkilatının sədri Qazax seçicilərinin YAP-ı və onun namizədlərini dəstəklədiyini söyləyib. YAP-ın Qazax rayon təşkilatının sədri noyabrın 7-də keçiriləcək parlament seçkilərində seçiciləri aktiv olmağa çağırıb.
Tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatının seçki qərargahının təbliğat qrupunun üzvü Bəkir Eyyubov Əhməd Vəliyevin Qazaxda və onun kəndlərində insanlar tərəfindən yaxşı tanındığını bildirib. Ə.Vəliyevin hər zaman öz elinə-obasına hörmət gətirən insanlardan biri olduğunu bildirən B.Eyyubov Qazağın hər zaman öz ziyalıları ilə fəxr etdiyini bildirərək, Ə.Vəliyevin də belə ziyalılardan biri olduğunu qeyd edib. Yeni Azərbaycan Partiyasının 107 saylı Qazax seçki dairəsindən məhz Əhməd Vəliyevin deputatlığa namizədliyinin irəli sürməsini partiya rəhbərliyinin elm-təhsil mərkəzi olan Qazağa xüsusi diqqəti kimi dəyərləndirən B.Eyyubov buna görə YAP rəhbərliyinə təşəkkür edib. O, seçiciləri noyabrın 7-də keçiriləcək, palament seçkilərində aktiv olmağa və YAP-ın deputatlığa namizədi Ə.Vəliyevə səs verməyə çağırıb.
YAP Siyasi Şurasının üzvü Abbas Göyüşov isə çıxışında Ə.Vəliyevin YAP-ın ilk fəallarından olmaqla yanaşı, həm də Azərbaycanda elmin və təhsilin inkişafında böyük rol oynamış şəxsiyyətlərdən biri olduğunu söyləyib. Ə.Vəliyevin uzun illərdən bəri təhsil sahəsində çalışdığını və öz işinin peşəkarı olduğunu bildirən A.Göyüşov buna nümunə kimi bu gün Ə.Vəliyevin rəhbərlik etdiyi "Odlar Yurdu" Universititeti ilə dünyanın bir sıra ali məktəbləri ilə əməkdaşlıq etdiyini, bu ali məktəbin digər təhsil ocaqlarından bir sıra üstün cəhətləri ilə seçildiyini diqqətə çatdırıb. Abbas Göyüşov seçicilərin öz seçimlərini diqqətlə aparacaqlarına inandığını bildirib. O, noyabrın 7-də Milli Məclisə keçiriləcək parlament seçkilərində bütün seçiciləri aktiv olmağa və YAP-ın Qazaxdan deputatlığa namizədi, ən layiqli namizəd prfossor Əhməd Vəliyevə səs verməyə çağırıb.
Görüşdə seçicilər qarşısında çıxış edən YAP-ın 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizədi Əhməd Vəliyev bildirib ki, öz təbliğat-təşviqat kampaniyası çərçivəsində ilk görüşlərini də Qazağın sərhədyanı kəndlərindən başlayıb. Sərhədyanı kəndlərdə yaşayan insanlarla görüşə gəlib, onların vəziyyətini öyrənməyin birinci məsələ olduğunu bildirən deputatlığa namizəd Quşçu Ayrım kəndinə gəlişinin də məhz bununla bağlı olduğunu söyləyib. Kənddəki problemlərlə maraqlanan Ə.Vəliyev bildirib ki, əgər seçicilər noyabrın 7-də keçiriləcək seçkilərdə ona etimad göstərərlərsə, deputat kimi ilk işi əsas diqqəti sərhədyanı kəndlərdəki problemlərin həllinə yönəltmək olacaq. Ə.Vəliyev deputat seçilərsə, Qazaxda köməkçisinin olacağını və seçicilərlə daim müntəzəm ünsiyyətdə olacağını bildirib.
Sonda YAP-ın deputatlığa namizədi seçiciləri seçki günü aktiv olmağa, seçki məntəqələrinə gedərək, ən layiqli namizədə səs verməyə çağırıb.
YAP-ın 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizədi Ə.Vəliyevin təşviqat kampaniyası davam edir.

Digər xəbərlər