PDF Oxu

Sosial

  • 7

Yeni Azərbaycan Partiyası regionun ən aparıcı partiyasıdır

Yeni Azərbaycan Partiyası regionun ən aparıcı partiyasıdır
Dünən YAP tərəfindən 103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Sevinc Əmirəhməd qızı Hüseynovanın rayonun Gər-Gər kəndinin seçiciləri ilə izdihamlı görüşü keçirilib.
300-ə yaxın seçicinin iştirak etdiyi görüşdə deputatlığa namizədlə seçicilər arasında diskussiya xarakterli müzakirələr aparılıb. Kənd sakinləri Sevinc Hüseynovanı mehribanlıqla qarşılayaraq, 7 noyabr parlament seçkilərində ona səs verəcəklərini nümayiş etdiriblər. Məhz bunu nəzərə alan YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov diqqətə və hörmətə görə kənd sakinlərinə minnətdarlığını bildirib. Çıxışı zamanı təşkilat sədri bildirib ki, hər zaman rayonun ictimai siyasi həyatında fəallıqları ilə seçilən və birmənalı şəkildə Yeni Azərbaycan Partiyasının siyasi-ideoloji kursuna dəstək verən Gər-Gər kəndinin seçiciləri 7 noyabr parlament seçkilərində fəallıq göstərməklə bir daha ənənələrinə sədaqətli olduqlarını göstərəcəklər.
Ramazan Muradov ümumxalq partiya olan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə yeri və rolundan danışıb. Qeyd edib ki, Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası xalqa və dövlətə xeyirli, gərəkli əməlləri ilə, nəinki ölkəmizdə, ümumiyyətlə, Cənubi Qafqazda ən aparıcı partiyaya çevirilib. Təşkilat sədri ümidvar olduğunu bildirib ki, Gər-Gər kəndinin seçiciləri seçki günü Sevinc Əmirəhməd qızı Hüseynovaya səs verməklə bir daha dəyişməz mövqedə olduqlarını nümayiş etdirəcəklər.
Seçicilərin alqış sədaları altında tribuna önünə çıxan deputatlığa namizəd Sevinc Hüseynova çıxışı zamanı haqqın və ədalətin carçısı olan insanlarla mübarizədə daim bir yerdə olduğunu bildirərək, kənd sakinlərinə YAP-a olan sevgi və məhəbbətlərinə görə, minnətdarlığını bildirib. Qeyd edib ki, əgər seçicilərin etimadını qazanaraq, parlamentin üzvü seçilərsə, kənd sakinlərindən biri kimi hər zaman onların problem və qayğıları ilə maraqlanacaq, çətinliklərin aradan qaldırılması üçün dövlət qurumları qarşısında məsələ qaldıracaq.
Deputatlığa namizəd xalqımıza sosial rifah, dövlətimizə firavan həyat bəxş edən Yeni Azərbaycan Partiyasının vahid seçki platformasından danışıb. Bildirib ki, Yeni Azərbaycan Partiyasının gücü, onunu yaradıcısının Ulu Öndərimiz Heydər Əliyev olmasıdır. Sevinc Hüseynova Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siysətin bu gün ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində Azərbaycanın dünyanın ən inkişaf edən dövlətinə çevrilməsindən də danışıb. Sonda isə seçiciləri fəal olmağa çağıran deputatlığa namizəd 7 noyabr parlament seçkilərində məntəqələrə gedərək, ən layiqli namizədə səs verməyə çağırıb.
Görüşdə seçicilərdən Asif Ələsgərov, Sədaqət Rəsulova, İntiqam Rüstəmov və digərləri çıxış edərək, deputatlığa namizəd Sevinc Hüseynovanı yaxından tanıdıqlarını və seçki günü məntəqələrə gedərək, ona səs verəcəklərini bildiriblər.
YAP tərəfindən 103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Sevinc Hüseynovanın seçicilərlə növbəti görüşü Eminagilar və Arusu gəndinin sakinləri ilə olub. Görüşlərdə YAP-ın Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov, təşkilat aparatının rəhbəri Namiq Rüstəmov, deputatlığa namizəd Sevinc Hüseynova, eləcə də, partiyanın namizədinin vəkilləri və rayonun ziyalıları iştirak etmişlər. 400-ə yaxın seçicinin iştirak etdiyi görüşdə maraq doğuran suallar cavablandırılıb. Çıxışların ümumi ifadəsi ondan ibarət olub ki, seçkilərin azad və demokratik keçirilməsi üçün hər kəsin fəallıq göstərməsi zəruridir.
Kənd sakinləri bəzi məişət problemlərinin olduğunu və onların həll edilməsi üçün deputatlığa namizədin yuxarı dövlət orqanları qarşısında məsələ qaldırmasını xahiş ediblər. YAP-ın deputatlığa namizədi Sevinc Hüseynova məsələləri diqqətində saxlayacağını və onların həllinə nail olmaq üçün icra orqanlarına müraciətlər edəcəyini söyləyib. YAP-ın 103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Sevinc Hüseynovanın təşviqatı davam edir.

Digər xəbərlər