PDF Oxu

Sosial

  • 13

Güclü dövlət, yüksək rifah naminə

Güclü dövlət, yüksək rifah naminə
Yeni Azərbaycan Partiyasının 11 saylı Qaradağ seçki dairəsindən Milli Məclisə namizəd Ağalar İsrafil oğlu Vəliyevin səlahiyyətli nümayəndələri və vəkilləri rayonun seçicilərilə görüşləri davam edir.
Belə görüşlərdən olan Qaradağ rayonunun Müşfiq qəsəbəsinin seçiciləri ilə keçirilən tədbir oldu. Keçirilən görüşdə Yeni Azərbaycan Partiyasının 11 saylı Qaradağ seçki dairəsindən Milli Məclisə namizəd Ağalar İsrafil oğlu Vəliyevin vəkili Məzahir Əliyev çıxış edərək, bildirib ki, hakim partiya bu parlament seçkilərinə "Güclü dövlət, yüksək rifah" şüarı ilə qatılıb. Bu isə, o deməkdir ki, YAP hər zaman xalqının mənafeyini daim yüksəkdə tutub, öz siyasi yolunda bu mənafeyə əsaslanıb. Ona görə də, partiyanın bütün tədbirləri, qəbul etdiyi qərarlar cəmiyyətimiz, insanlarımız tərəfindən dəstəklənir, yüksək qiymətləndirilir. Partiyanın fəaliyyətinə verilən yüksək qiymət isə bu günədək keçirilmiş bütün seçkilərin nəticələrində öz təsdiqini tapıb. M.Əliyev əmin olduğunu bildirib ki, noyabrın 7-də keçiriləcək parlament seçkilərində YAP öz tarixi inkişaf yolunda növbəti parlaq qələbəsini qeyd edəcək: "Buna, hər şeydən əvvəl, Yeni Azərbaycan Partiyasının Sədri, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin vətəndaşlarımız tərəfindən bəyənilməsi və dəstəklənməsi, xalqımızın YAP-a olan sevgisi, partiyamızın irəli sürdüyü namizədlərin böyük potensiala sahib olmaları və cəmiyyət tərəfindən tanınması imkan verir. İnanırıq ki, seçicilərimiz noyabrın 7-də keçiriləcək parlament seçkilərində də dövlətimizin güclənməsinə, rifahının yüksəlməsinə xidmət edən siyasətə səs verəcək".
Ağalar Vəliyevin digər vəkili Abidə Baxşəliyeva isə namizəd haqqında məlumat verib. A.Baxşəliyeva vurğulayıb ki, Ağalar Vəliyev rəhbərlik etdiyi kollektivin üzvlərinin, ehtiyacı olan insanların xeyir-şər işlərində həmişə yaxından iştirak edib, vaxtının məhdudluğuna baxmayaraq, öz maddi və mənəvi köməkliyini heç vaxt əsirgəməyib. Qeyd edib ki, Ağalar Vəliyevin köməkliyi ilə onlarla insanın müqəddəs Həcc ziyarətinə getməsinə köməklik edib. Respublikamızın rayonlarında bir neçə müqəddəs ziyarətgah, məhz Ağalar Vəliyev tərəfindən bərpa olunaraq, yenidən soydaşlarımızın istifadəsinə verilib. Namizədin vəkili çıxışının sonunda qəsəbə sakinlərini qurub-yaratmaq kimi bütün müsbət keyfiyyətlərə malik YAP-ın namizədi Ağalar Vəliyevə səs verməyə çağırıb: "İnanıram ki, xalqımız Ümummilli Lider Heydər Əliyev siyasi kursuna, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və dövlət başçımızın Sədri olduğu Yeni Azərbaycan Partiyasına olan inamını və sevgisini bu dəfə də nümayiş etdirəcək və noyabrın 7-də qəsəbə sakinləri seçki məntəqələrinə gedərək, Yeni Azərbaycan Partiyasının namizədi Ağalar İsrafil oğlu Vəliyevə səs verəcəklər".
Sonda görüşdən razı qalan qəsəbənin sakinləri mövcud problemlərə də toxunublar: "Müşviq qəsəbəsinin seçiciləri artıq öz seçimini ediblər. Noyabrın 7-də keçirilən parlament seçkilərində bütün Müşfiq qəsəbəsinin seçiciləri yüksək əhval-ruhiyyə ilə seçkilərdə iştirak edəcək və Yeni Azərbaycan Partiyasının 11 saylı Qaradağ seçki dairəsindən Milli Məclisə namizədi Ağalar İsrafil oğlu Vəliyevə səs verəcəklər".

Digər xəbərlər