PDF Oxu

Sosial

  • 20

Böyük qələbəyə doğru

Böyük qələbəyə doğru
Dünən - oktyabrın 28-də 54 saylı Şabran-Siyəzən seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Tahir Süleyman oğlu Süleymanovun təşviqatı ilə əlaqədar Siyəzən neftçiləri ilə bir sıra görüşlər keçirib. Bu görüşlərdə, ümumilikdə, 620 seçici iştirak edib.
Görüşdə çıxış edən YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov seçicilərə deputatlığa namizəd Tahir Süleymanovun fəaliyyəti barədə seçicilərə məlumat verib. E.Heydərov qeyd edib ki, 7 noyabr parlament seçkiləri ilə bağlı Siyəzəndə deputatlığa namizəd T.Süleymanovun təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir: "Millət vəkili kimi, fəaliyyət göstərdiyi ötən beş il ərzində Tahir Süleymanov seçicilərin rəğbətini qazanıb, onların etimadını layiqincə doğrulda bilib. Bu səbəbdən, inanıram ki, Siyəzən seçiciləri yenə də doğru seçim edərək, deputatlığa namizəd Tahir Süleymanova səs verəcəklər".
YAP Siyəzən rayon təşkilatının sədri E.Heydərov söyləyib ki, Yeni Azərbaycan Partiyası indiyə kimi, iştirak etdiyi bütün parlament seçkilərində inamlı qələbə qazanıb: "Bu gün partiyamızın 518 mindən çox üzvü var. Onun sıraları artmaqda, genişlənməkdə davam edir. Yeni Azərbaycan Partiyası Azərbaycanın ən nüfuzlu ziyalılarını, sayılıb-seçilən alimləri, ictimai-siyasi xadimləri, vətənpərvər gəncləri özündə birləşdirir. Partiyamız seçkilərdə böyük səs çoxluğu ardıcıl qələbələr qazanmağa qadir olduğunu dəfələrlə sübut edib. Bu, partiyanın ideya-siyasi xətti, nüfuzu, populyarlığı ilə bağlıdır, Yeni Azərbaycan Partiyasının xalqın, dövlətin maraqlarını dolğun şəkildə ifadə etməsi ilə əlaqədardır. Bu, onu göstərir ki, Yeni Azərbaycan Partiyası xalqa güvənən, qüdrətli siyasi təşkilat kimi, ona bəslənilən etimadı həmişə yüksək səviyyədə doğruldub. Seçicilər Yeni Azərbaycan Partiyasına inanırlar, böyük rəğbət bəsləyirlər".
Yerli sakinlər qarşısında öz seçki platforması ilə bağlı geniş, məzmunlu çıxış edən Milli Məclis üzvlüyünə namizəd Tahir Süleymanov ölkədə regionların sosial-iqtisadi inkişafı çərçivəsində Siyəzən rayonunun inkişafına böyük diqqət yetirildiyini bildirib: "Məhz bunun nəticəsidir ki, bu gün Siyəzəndə çoxsaylı yeni müəssisələr açılır, özəl sektorun xüsusi çəkisi artır, sahibkarlıq fəaliyyəti genişlənir". T.Süleymanov iqtisadiyyatın istehsal sferası ilə yanaşı, sosial təyinatlı qeyri-istehsal sahələrinin inkişafına göstərilən qayğıdan danışıb. O bildirib ki, bölgələrin inkişafına xüsusi diqqətin ayrılması nəticəsində Azərbaycanın hər bir yaşayış məntəqəsinin sürətlə inkişaf edir. Deputatlığa namizəd T.Süleymanov vurğulayıb ki, ölkəmizdə qeyri-neft sektorunun, aqrar sahənin inkişafına böyük əhəmiyyət verilir: "Ölkənin bütün regionlarında yeni müəssisələr, müasir olimpiya kompleksləri qurulur. Hər bir bölgədə yüksək dünya standartlarına cavab verən səhiyyə müəssisələri və sağlamlıq ocaqları tikilib istifadəyə verilir. Bu, Azərbaycanın sürətli, davamlı inkişafını şərtləndirir, ölkəmizin hərtərəfli tərəqqisinə yol açır. Bütün bunlar əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, sağlamlığının qorunması və möhkəmləndirilməsi baxımından, olduqca təqdirəlayiq addımlardır".
Deputatlığa namizəd Tahir Süleymanov seçicilərlə görüşündə namizədi olduğu partiyanın amalının "Güclü dövlət, yüksək rifah" olduğunu diqqətə çatdırıb: "Partiyamız milli dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqın yüksək sosial rifahı naminə fəaliyyət göstərir."
Milli Məclis üzvlüyünə namizəd Tahir Süleymanov keçirilən görüşlərdə seçicilər tərəfindən səmimiyyətlə, xoş münasibətlə qarşılanıb. Onlar söhbət əsnasında T.Süleymanova öz fikirlərini və təkliflərini çatdırıblar. Milli Məclis üzvlüyünə namizəd Tahir Süleymanov Milli Məclisin üzvü kimi fəaliyyətinin yüksək dəyərləndirilməsinə görə, seçicilərə minnətdarlığını bildirib. O, yenidən millət vəkili seçiləcəyi təqdirdə, hər bir seçicinin etimadını layiqincə doğrultmağa çalışacağını qeyd edib.
Görüşdə çıxış edənlər Milli Məclis üzvlüyünə namizəd Tahir Süleymanovun yenidən millət vəkili seçilməyə layiq olduğunu bildiriblər. Çıxış edənlər seçiciləri 54 saylı Siyəzən-Siyəzən seçki dairəsinin seçicilərini, məhz Yeni Azərbaycan Partiyasının namizədinə - Tahir Süleymanova səs verməyə çağırıblar.

Digər xəbərlər