PDF Oxu

Sosial

  • 18

Yeni Azərbaycan Partiyası ilə qələbəyə doğru

Yeni Azərbaycan Partiyası ilə qələbəyə doğru
Dünən Yeni Azərbaycan Partiyası tərəfindən 103 saylı Gədəbəy seçki dairəsindən namizədliyi irəli sürülmüş Sevinc Əmirəhməd qızı Hüseynova rayonun Rüstəm Əliyev adına, Plankənd və Qala kəndlərinin seçiciləri ilə görüşlər keçirib. Görüşdə YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov çıxış edərək, noyabrın 7-də keçiriləcək parlament seçkilərində gədəbəylilərin böyük aktivlik nümayiş etdirəcəyinə əminliyini ifadə edib.
Bildirib ki, seçkilər ölkəmizin ictimai-siyasi həyatında xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan da, seçki prosesinin şəffaf və demokratik şəraitdə keçirilməsi üçün dövlətimiz tərəfindən ən zəruri addımlar atılıb. R.Muradov parlament seçkilərinin də ölkəmizdə bundan öncə keçirilmiş seçkilər kimi vətəndaş mövqeyinə əsasən baş tutacağını söyləyib və bütün seçiciləri noyabrın 7-də seçki məntəqələrinə gəlməyi, YAP-ın namizədlərinə səs verməyə çağırıb.
YAP Gədəbəy rayon təşkilatının aparat rəhbəri Namiq Rüstəmov Yeni Azərbaycan Partiyası tərəfindən 103 saylı Gədəbəy seçki dairəsindən namizədliyi irəli sürülmüş Sevinc Hüseynovanın fəaliyyəti haqqında seçicilərə dolğun məlumat verib. N.Rüstəmov Azərbaycan qadınlarının ölkəmizin beynəlxalq arenada layiqli formada tanıdılması üçün tutmuş olduğu mövqeyi xüsusi ilə qeyd edib. Noyabrın 7-də keçiriləcək parlament seçkilərində gədəbəyliləri öz namizədlərinə dəstək olmağa və YAP-ın güclü ideyaları naminə, hər kəsi fəallıq nümayiş etdirməyə səsləyib.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası tərəfindən 103 saylı seçki dairəsindən namizədliyi irəli sürülmüş Sevinc Əmirəhməd qızı Hüseynova ölkəmizdə qadınların rolundan, ictimai-siyasi proseslərdə onların tutmuş olduğu mövqedən bəhs edib. Bildirib ki, bu gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva Azərbaycan qadınlarını dünyada ən layiqli formada təmsil edir. S.Hüseynova qadınların təhsil, səhiyyə və mədəniyyət sahələrində cəmiyyətimizin aparıcı qüvvəsi kimi çıxış etməsinin böyük önəm daşıdığını seçicilərin diqqətinə çatdırıb. Şərqdə ilk dəfə Azərbaycan qadınının seçki hüququ əldə etdiyini bildirən Sevinc Hüseynova ölkəmizdə seçki qanunvericiliyində nəzərdə tutulmuş prinsiplərin demokratik dəyərlərə söykəndiyini də seçicilərin nəzərinə çatdırıb. Yeni Azərbaycan Partiyasının vahid seçki platforması əsasında seçkilərdə iştirak etdiyini bildirən namizəd S.Hüseynova YAP-ın həyata keçirdiyi siyasətin vətəndaşlar tərəfindən birmənalı şəkildə qəbul olunduğunu da vurğulayıb. Bütün seçkilərin qalibi olan Yeni Azərbaycan Partiyasının bu seçkilərdə qalib olacağına və seçicilərin yüksək fəallıq nümunəsi göstərəcəyinə əmin olduğunu bildirib.
Görüşdə seçicilərdən Səyyad Hüseynov, Qalib Abdullayev, Musa İsamayılov, Faiq Şəmilov və başqaları Yeni Azərbaycan Partiyasının siyasətinə yerlərdə də böyük dəstəyin olduğunu bildiriblər və qeyd ediblər ki, noyabrın 7-də keçiriləcək parlament seçkilərində YAP tərəfindən 103 saylı Gədəbəy seçki dairəsindən namizədliyi irəli sürülmüş Sevinc Əmirəhməd qızı Hüseynovaya dəstək olacaqlarını söyləyiblər.

Digər xəbərlər