PDF Oxu

Sosial

  • 9

Yeni Azərbaycan Partiyasının qələbəsinə inam böyükdür

Yeni Azərbaycan Partiyasının qələbəsinə inam böyükdür
Dünən YAP-ın 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi üzrə deputatlığa namizədi Validə Hüseynova Tovuz rayonundakı "Qida məhsulları" kombinatına gedərək, orada çalışan işçilərlə ayrı-ayrılıqda görüşüb, onlarla söhbətlər aparıb. Fərdi şəkildə görüşdə YAP-ın 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputatlığa namizədi seçiciləri noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə bağlı məlumatlandırıb.
Həmçinin, o, ümumxalq partiya olan Yeni Azərbaycan Partiyasının seçki platforması ilə bağlı da seçicilərə geniş və əhatəli məlumatlar verib. V.Hüseynova seçicilərin problemləri və qayğıları ilə də maraqlanıb. Deputat seçilərsə, həmin problemləri dövlət qurumları qarşısında qaldırmaqla həllinə çalışacağını bildirib. Validə Hüseynova "qapı-qapı" devizi altında, ümumilikdə, 100-ə yaxın seçici ilə fərdi qaydada görüşlər keçirib.
YAP-ın deputatlığa namizədini səmimi və mehriban qarşılayan seçicilər Validə Hüseynovanı yaxşı tanıdıqlarını və 7 noyabr parlament seçkilərində məntəqələrə gedərək, ona səs verəcəklərini bildiriblər.

Digər xəbərlər