Seçicilər deputatlığa ən layiqli namizədə səs verəcəklər
Dünən Yeni Azərbaycan Partiyası tərəfindən 22 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Fidail Rəhimovun "Dostluq" kinoteatrında seçicilərlə növbəti görüşü keçirilib.
350 nəfər seçicinin iştirak etdiyi görüşü deputatlığa namizəd F.Rəhimovun səlahiyyətli nümayəndəsi Azər Süleymanov açaraq, Yeni Azərbaycan Partiyasının namizədi F.Rəhimovun həyat və fəaliyyəti barədə seçiciləri məlumatlandırdı. O, qeyd etdi ki, YAP-ın fəalları sırasında olan F.Rəhimov milli dəyərlərimizi, Azərbaycan iqtisadiyyatını, onun nüfuzunu yüksək tutan ziyalılardandır. Bütövlükdə dövlətin maraqlarını nəzərə alaraq, iş fəaliyyətini davam etdirir: "Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və müasir həyatımızda Azərbaycan Prezidenti cənab İlham Əliyevin davam etdirdiyi məqsədyönlü siyasət ölkəmizin dünya arenasında nüfuzunu artırmış, regionun lider ölkəsi tək qəbul olunmuşdur. Ölkədə yürüdülən dövlət siyasətinin nəticəsidir ki, sabitlik və əmin-amanlıq hökm sürür. İrimiqyaslı layihələr həyata keçirilir. Belə bir ab-havanın bizlərə verdiyi imkanlar əhalinin sosial rifahının yüksəlməsinə təsirini göstərir. Təbii ki, seçicilər tərəfindən qaldırılan müəyyən problemlər də mövcuddur. Bu problemlərin aradan qaldırılmasında seçici etimadını qazanmış millət vəkilləri məsuliyyətlidirlər."
A.Süleymanov seçiciləri narahat edən bəzi məsələlərin müsbət və operativ həllinə nail olmaq üçün 22 saylı Nəsimi ikinci seçki dairəsindən olan seçiciləri YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülən Fidail Rəhimova səs veməyə çağırdı.
Görüşdə çıxış edən namizədin vəkili Mürsəl Həmidov və Laçın Mustafayev F.Rəhimovun fəaliyyət dairəsinə toxunaraq, onun seçicilər qarşısında bu günə qədər gördüyü işləri qeyd edib, bir vətəndaş kimi vətənə, xalqa olan sədaqətindən söz açdılar. Qeyd olundu ki, namizəd hər bir seçicisinə qarşı həssaslıqla yanaşır, onların təklif və iradlarını diqqətlə dinləyir və məsuliyyətli şəxs kimi deputat seçilərsə, parlamentdə onları təmsil edəcəyinə söz verib. Namizədin vəkilləri dairənin seçicilərini hakim partiyanın namizədinə səs verməyə və 7 noyabr tarixində keçiriləcək seçkilərdə dövlətin prinsipial mövqeyini əsas tutaraq, Azərbaycanın inkişafı naminə iş görə biləcək namizədlərə səs verməyə çağırdılar. Hər bir seçicini ailə üzvləri ilə birlikdə məntəqələrə gələrək, F.Rəhimova dəstək olmağa səslədilər.
Seçiciləri qarşısında çıxış edən F.Rəhimmov ona göstərilən etimadı əməli fəaliyyəti ilə doğruldacağını bildirdi: "7 noyabr parlament seçkilərində hər bir seçicinin səsini qazanmağa çalışacağam. İnanıram ki, seçkilərdə seçicilərin etimadını qazana biləcəyəm. Seçiciləri bu seçkidə fəal olmağa, doğru, düzgün, ədalətli seçim etməyə çağırıram."
Görüşdə seçicilər bəzi problemlərinin həlli ilə bağlı namizədə suallarını ünvanladılar. Sonda o da qeyd olundu ki, dairənin seçiciləri YAP-ın namzədinə səs verəcəklər.