Böyük qələbəyə layiq ən nüfuzlu partiya
Yeni Azərbaycan Partiyasının 53 saylı Quba-Qusar seçki dairəsindən namizədi Yevda Sasunoviç Abramovun təşviqatı ilə əlaqədar Qubanın Xaltan, Utuq, Nütəh, Rəngidar, Çarxaçu və Muçu kəndlərində görüşlər keçirilib. Dünən - oktyabrın 25-də isə deputatlığa namizəd Yevda Abramov Hacıhüseynli, Davidoba kəndlərinin və Gənclər qəsəbəsinin sakinləri ilə görüşüb. Bu görüşlərə, ümumilikdə, 1100 nəfərə yaxın seçici qatılıb.
Keçirilən tədbirlərdə, ilk olaraq, çıxış edən Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri, Milli Məclis üzvlüyünə namizəd Yevda Abramovun səlahiyyətli nümayəndəsi Ədalət Nəbiyev rayonda parlament seçkilərinə hazırlıqla əlaqədar görülmüş işlərdən danışıb. Ə.Nəbiyev Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının bu seçkilərə ciddi hazırlaşdığını, öz işini Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və partiyanın Mərkəzi Aparatının tövsiyələrinə uyğun şəkildə qurduğunu qeyd edib. O, Milli Məclis üzvlüyünə namizəd Yevda Sasunoviç Abramovun həyatı və fəaliyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev çıxışında 7 noyabr 2010-cu il tarixində keçiriləcək parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıdığını söyləyib. Ə.Nəbiyev bildirib ki, bu mühüm prosesdə seçicilərin fəal iştirakı vacibdir: l7 noyabr parlament seçkilərinə yeni texnologiyalar, layiqli namizədlər, ən başlıcası isə, Ümummilli Lider Heydər Əliyev ideyaları ilə gedirik. Bu mənada, Qubanın kəndlərində keçirilən görüşlərdə seçicilərin böyük fəallığı nəzərə çarpır. Odur ki, qubalıların, birmənalı olaraq, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədə dəstək olacağını əminliklə söyləmək olar. İnanıram ki, Quba sakinləri "Güclü dövlət, yüksək rifahF naminə seçkilərdə ən layiqli namizədlərə səs verəcəklər. Seçicilərin YAP namizədlərinin təşviqatında fəal iştirakı göstərir ki, biz bu seçkidə də mütləq səs çoxluğu ilə qələbə qazanacağıq".
Görüşlərdə Yeni Azərbaycan Partiyasının namizədinin vəkilləri E.Məmmədov, M.Səlimov, B.İlyasov, Ə.Əlipaşayev, T.Nuriyev və digərləri çıxış ediblər. Çıxış edənlər seçiciləri Yeni Azərbaycan Partiyasının layiqli namizədinə - Yevda Sasunoviç Abramova səs verməyə çağırıblar.
Deputatlığa namizəd Yevda Sasunoviç Abramov çıxışında qeyd edib ki, seçicilərin yüksək dəstəyi sayəsində Quba camaatını ikinci dəfə Milli Məclisdə təmsil edəcəyinə böyük inamı var: "Bu gün Azərbaycanda baş verən sürətli, davamlı sosial-iqtisadi inkişaf hər kəsi qurmağa, tikməyə, yaratmağa həvəsləndirir. Seçicilər bunu yaxşı bilir və yüksək qiymətləndirirlər. Son illər Quba daha sürətlə inkişaf edir. Qısa müddət ərzində şəhərimiz və onun kəndləri öz simasını tanınmaz dərəcədə dəyişib, insanların yaşayışı bir qədər də yaxşılaşıb".
Deputatlığa namizəd Y.Abramov vurğulayıb ki, bütün bunlar yerli sakinlərin xoşbəxt gələcəyə, yüksək rifaha inamı bir qədər də artıb: lBu, ölkədə keçirilən parlament seçkilərinə marağı daha da artırır və seçicilərin fəallığının bir qədər də yüksəlməsinə səbəb olur". O, bildirib ki, yenidən millət vəkili seçiləcəyi təqdirdə, seçicilərin etimadını doğrultmaq üçün var qüvvəsi ilə səy göstərəcək.
Seçicilər namizədlə onları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Onlar deputat kimi, Yevda Abramovun ötən beş illik fəaliyyətindən razı qaldıqlarını vurğulayıblar. Yerli sakinlər yenidən millət vəkili seçiləcəyi təqdirdə, ondan uğurlu fəaliyyət gözlədiklərini vurğulayıblar.
Quba 52 saylı şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Hüseyn Kərimovun Küpçal, Üçgün, Qələdüz, Küsnət, Qımıl kəndlərinin seçiciləri ilə görüşü keçirilib. Dünən oktyabrın 25-də isə deputatlığa namizəd Hüseyn Kərimov İspik kəndinin sakinləri ilə görüşüb. Keçirilən görüşlərdə 670 seçici iştirak edib.
Görüşlərdə çıxış edən deputatlığa namizədin səlahiyyətli nümayəndəsi Zülfirə Baxışova Yeni Azərbaycan Partiyasının namizədi H.Kərimovun həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. O, Hüseyn Kərimovun Milli Məclis üzvlüyünə layiqli namizəd olduğunu vurğulayıb. Görüşdə deputatlığa namizədin vəkilləri Ş.Paşayev, A.Teymurxanlı və B.Kərimov çıxış ediblər. Onlar seçiciləri 7 noyabr parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Hüseyn Kərimova səs verməyə çağırıblar. Görüşdə çıxış edən seçicilər bu mühüm siyasi kampaniyada Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədə səs verəcəklərini bildiriblər. Seçicilər Yeni Azərbaycan Partiyasının fəalı kimi Hüseyn Kərimov haqqında çox müsbət fikirdə olduqlarını söyləyiblər.
Kənd ziyalılarından P.Əlimuradov, T.Əmirxanova, Ş.Hacıyev çıxış edərək, görüşdə iştirak edən seçiciləri 7 noyabr parlament seçkilərində deputatlığa namizəd Hüseyn Kərimova səs verməyə çağırıb.
Deputatlığa namizəd Hüseyn Kərimov çıxışı zamanı öz seçki platforması barədə seçicilərə məlumat verib. Hüseyn Kərimov seçki prosesinin gedişində hər bir seçicinin səsini qazanmaq üçün çalışdığını vurğulayıb. O, seçicilərin mütləq əksəriyyətinin səsini qazanacağına inandığını və deputat seçiləcəyi təqdirdə, verdiyi bütün verilən vədlərin həyata keçirilməsinə çalışacağını bildirib.