PDF Oxu

Sosial

  • 17

Yüksək rifahla qələbəyə doğru

Yüksək rifahla qələbəyə doğru
Dünən - oktyabrın 25-də Qusarda 51 saylı Qusar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Azər Camal oğlu Badamovun təşviqatı ilə əlaqədar görüşlər davam etdirilib. Milli Məclis üzvlüyünə namizəd Azər Badamov bu dəfə Qusar rayonunun Əniğ-oba, Qarat oba, Qilah-oba kəndlərinin sakinləri ilə görüşlər keçirib. Deputatlığa namizəd Azər Badamovun müvafiq kəndlərdə görüşləri seçicilərin fəallığı və kütləvi iştirakı şəraitində keçib. Namizədin keçirdiyi görüşlərə, ümumilikdə, 750 seçici qatılıb. Seçicilər Milli Məclis deputatlığına namizəd Azər Badamovu səmimiyyətlə, xoş münasibətlə qarşılayıblar. Seçicilərlə görüşlərdə namizədin vəkilləri Nadirşah Şirinov, Məhrəli Məhəmmədəliyev, Bəxtiyar Nəzərəliyev iştirak ediblər.
Keçirilən görüşlərdə YAP Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov giriş sözü ilə çıxış edib. D.İbrahimxəlilov seçicilərə deputatlığa namizəd Azər Badamovun həyatı və fəaliyyəti barədə ətraflı məlumat verib. O, qeyd edib ki, Yeni Azərbaycan Partiyası xalqın böyük rəğbətini qazanmış, nüfuzlu, kütləvi siyasi təşkilatdır: "Özünü yekdil siyasi qüvvə kimi təsdiqləyən bu partiyaya xalq həmişə inanıb, güvənib, səs verib. Bu, xalqın Yeni Azərbaycan Partiyasına böyük inamının, rəğbətinin nəticəsidir. YAP uzun illərdir ki, parlamentdə çoxluq təşkil edən partiya kimi tanınır. Bu baxımdan, partiyamızın Milli Məclisdə mütərəqqi, humanist qanunların qəbulunda, milli qanunvericiliyimizin inkişaf etdirilməsində rolu çox böyükdür. Yeni Azərbaycan Partiyası hər zaman ölkənin inkişafı, xalqın rifahı naminə fəaliyyət göstərir. Bu səbəbdən, seçicilər YAP-ın fəaliyyətini çox müsbət qarşılayırlar, partiyanın mövqeyini yüksək səviyyədə dəstəkləyirlər. Partiyanın 1993-cü ildən bu günə qədər ölkədə keçirilən bütün seçkilərdə inamlı qələbə qazanması bunu əyani şəkildə sübut edir. Odur ki, bu seçkidə Yeni Azərbaycan Partiyasının amalı "Güclü dövlət, yüksək rifah"dır. Yeni Azərbaycan Partiyası ölkənin aparıcı siyasi qüvvəsi kimi, parlament seçkilərində ən böyük qələbəyə layiqdir. Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası hər zaman xalqın böyük dəstəyini qazanıb".
D.İbrahimxəlilov daha sonra qeyd edib ki, Yeni Azərbaycan Partiyasından Milli Məclis üzvlüyünə namizəd Azər Badamov böyük həyat təcrübəsinə malik bir insandır və müsbət şəxsi keyfiyyətləri ilə fərqlənir: "A.Badamov bir ziyalı və Yeni Azərbaycan Partiyasının üzvü kimi, fəallığı, təşəbbüskarlığı ilə seçilir. O, elin, camaatın, sadə insanların rəğbətini qazanmış, ləyaqətli bir insandır. Deputatlığa namizəd A.Badamov seçiciləri maraqlandıran məsələlərə böyük həssaslıqla yanaşır. A.Badamov seçiciləri maraqlandıran məsələləri, onların qayğılarını yaxşı bilir, problemlərin səmərəli həlli yolunu tapmağı bacarır. O, Yeni Azərbaycan Partiyasının namizədi kimi, sizə, sizin seçiminizə güvənir. Deputatlığa namizəd Azər Badamov səmimiyyətinə, biliyinə, intellektinə, mədəniyyətinə, əsl ziyalıya xas olan davranışına görə, hər cəhətdən millət vəkili seçilməyə layiqdir. Milli Məclis üzvlüyünə Yeni Azərbaycan Partiyasının namizədi kimi, o, üzərinə düşən böyük məsuliyyəti çox yaxşı hiss edir".
Yeni Azərbaycan Partiyasının 51 saylı Qusar seçki dairəsindən namizədi Azər Badamov keçirilən görüşlərdə dolğun, məzmunlu çıxış edib. Deputatlığa namizəd A.Badamov seçicilərin təbliğat-təşviqat kampaniyasında fəallıq göstərməsindən razı qaldığını söyləyib: "Millət vəkili seçiləcəyim təqdirdə, çalışacağam ki, mənə göstərilən etimadı tamamilə doğruldum, Milli Məclisin üzvü kimi üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlim. Əlbəttə, istənilən seçkidə həlledici söz sahibi məhz seçicilərdir. Kimin millət vəkili seçiləcəyini də bilavasitə seçicilər həll edir. Bu xoş diqqət, səmimi münasibət müqabilində, inanıram ki, Qusar sakinlərinin etibarını, səsini qazana biləcəyəm. Milli Məclis üzvlüyünə namizəd kimi, 7 noyabr parlament seçkilərində hər bir seçicinin səsini qazanmağa çalışıram. İnanıram ki, bu seçkilərdə seçicilərin etimadını qazana biləcəyəm. Seçiciləri bu seçkidə fəallığa, doğru, ədalətli seçim etməyə dəvət edirəm".
Deputatlığa namizəd Azər Badamov seçicilərə öz seçki platforması barədə də geniş məlumat verib. A.Badamov millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlər, deputatlığa namizəd kimi, fəaliyyət planı barədə danışıb. O, seçicilərin qaldırdığı məsələlərə münasibət bildirib, onların müvafiq suallarını dolğun, ətraflı şəkildə cavablandırıb.
Milli Məclis üzvlüyünə namizəd Azər Badamovun təbliğat-təşviqat kampaniyası, seçicilərlə görüşləri davam edir.

Digər xəbərlər