PDF Oxu

Sosial

  • 17

Böyük inamla qələbəyə doğru

Böyük inamla qələbəyə doğru
Dünən - oktyabrın 23-də Qusarda 51 saylı Qusar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Azər Camal oğlu Badamovun təşviqatı ilə əlaqədar görüşlər davam etdirilib. Milli Məclis üzvlüyünə namizəd Azər Badamov bu dəfə Qusar rayonunun Kuf oba, Şirvanovka, Aşağı İmamqulukənd kəndlərinin sakinləri ilə görüşüb. Deputatlığa namizəd Azər Badamovun müvafiq kəndlərdə görüşləri seçicilərin fəallığı və kütləvi iştirakı şəraitində keçib. Namizədin keçirdiyi görüşlərə, ümumilikdə, 750 seçici qatılıb. Seçicilər Milli Məclis deputatlığına namizəd Azər Badamovu səmimiyyətlə, xoş münasibətlə qarşılayıblar. Seçicilərlə görüşlərdə namizədin vəkilləri Nadirşah Şirinov, Bünyad Zalov və Fəxrəddin İbrahimov iştirak ediblər.
YAP Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov keçirilən görüşlərdə giriş sözü ilə çıxış edib. O, seçicilərə deputatlığa namizəd Azər Badamovun həyatı və fəaliyyəti barədə ətraflı məlumat verib. D.İbrahimxəlilov qeyd edib ki, Yeni Azərbaycan Partiyası hazırda Azərbaycanda xalqın böyük rəğbətini qazanmış, ən nüfuzlu, kütləvi siyasi təşkilatdır. Bu baxımdan, Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi, parlament seçkilərində ən böyük qələbəyə layiqdir: "Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası hər zaman xalqın böyük dəstəyini qazanıb. Özünü yekdil siyasi qüvvə kimi təsdiqləyən bu partiyaya xalq həmişə inanıb, güvənib, səs verib. Bu, xalqın Yeni Azərbaycan Partiyasına böyük inamının, rəğbətinin nəticəsidir. Seçicilərin böyük əksəriyyətinin rəğbətini qazanması sayəsində, YAP uzun illərdir ki, parlamentdə çoxluq təşkil edən partiya kimi tanınır. Bu baxımdan, partiyamızın Milli Məclisdə mütərəqqi, humanist qanunların qəbulunda, milli qanunvericiliyimizin inkişaf etdirilməsində rolu çox böyükdür. Odur ki, bu seçkidə Yeni Azərbaycan Partiyasının amalı lGüclü dövlət, yüksək rifah"dır".
YAP Qusar rayon təşkilatının sədri D.İbrahimxəlilov daha sonra vurğulayıb ki, Yeni Azərbaycan Partiyasından Milli Məclis üzvlüyünə namizəd Azər Badamov böyük həyat təcrübəsinə malik bir insan kimi, müsbət şəxsi keyfiyyətləri ilə seçilir: "O, mədəniyyətinə, səmimiyyətinə, biliyinə, intellektinə, əsil ziyalıya xas olan davranışına görə, millət vəkili seçilməyə layiqdir. Milli Məclis üzvlüyünə Yeni Azərbaycan Partiyasının namizədi kimi, o, üzərinə düşən böyük məsuliyyəti hiss edir. A.Badamov bir ziyalı və Yeni Azərbaycan Partiyasının üzvü kimi öz fəallığı, təşəbbüskarlığı ilə seçilir. O, elin, camaatın, sadə insanların rəğbətini qazanmış, ləyaqətli bir insandır. Deputatlığa namizəd A.Badamov seçiciləri maraqlandıran məsələlərə böyük diqqətlə, həssaslıqla yanaşır."
Yeni Azərbaycan Partiyasının 51 saylı Qusar seçki dairəsindən namizədi Azər Badamov keçirilən görüşlərdə geniş, məzmunlu çıxış edib. Azər Badamov seçicilərə öz seçki platforması barədə geniş məlumat verib. O, millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlər barədə danışıb, seçicilərin müvafiq suallarını dolğun, ətraflı şəkildə cavablandırıb. Deputatlığa namizəd A.Badamov seçicilərin təbliğat-təşviqat kampaniyasında fəallıq göstərməsindən razı qaldığını söyləyib: "Milli Məclis üzvlüyünə namizəd kimi, 7 noyabr parlament seçkilərində hər bir seçicinin səsini qazanmağa çalışıram. İnanıram ki, bu seçkilərdə seçicilərin etimadını qazana biləcəyəm. Seçiciləri bu seçkidə fəal olmağa, doğru, düzgün, ədalətli seçim etməyə çağırıram. Millət vəkili seçiləcəyim təqdirdə, çalışacağam ki, mənə göstərilən etimadı tam doğruldum, Milli Məclisin üzvü kimi üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlim. Əlbəttə, istənilən seçkidə həlledici söz sahibi məhz seçicilərdir. Kimin millət vəkili seçiləcəyini də bilavasitə seçicilər həll edir. Bu xoş diqqət, səmimi münasibət müqabilində, inanıram ki, Qusar sakinlərinin etibarını və səsini qazana biləcəyəm".
Milli Məclis üzvlüyünə namizəd Azər Badamovun təbliğat-təşviqat kampaniyası, seçicilərlə görüşləri davam edir.

Digər xəbərlər