PDF Oxu

Sosial

  • 17

Azərbaycanda Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq gücünə malik partiya yoxdur

Azərbaycanda Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq gücünə malik partiya yoxdur
Dünən Yeni Azərbaycan Partiyası tərəfindən 22 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Fidail Rəhimovun "Bakı tikiş evi"ndə seçicilərlə görüşü keçirildi. 400-ə yaxın seçicinin iştirak etdiyi görüşdə seçicilərlə deputatlığa namizəd arasında diskussiya xarakterli maraqlı müzakirələr aparılıb. İnsanlar YAP-ın deputatlığa namizədini səmimi və mehriban qarşıladıqlarını və 7 noyabr parlament seçkilərində məntəqələrə gedərək, ona səs verəcəklərini bildiriblər. Depuğatlığa namizəd Fidail Rəhimovun səlahiyyətli nümayəndəsi Azər Süleymanov çıxış edərək, parlament seçkiləri və onun hüquqi, demokratik dövlət quruculuğunda rolundan danışdı. Həmçinin, natiq ümumxalq partiya olan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə xeyirli, gərəkli fəaliyyəti ilə, nəinki ölkəmizdə, ümumiyyətlə, Cənubi Qafqazda ən aparıcı, demokratik partiya olmasından söhbət açdı. Azər Süleymanov haqqa, ədalətə dəstək vermək üçün seçiciləri seçki prosesində fəal olmağa, eləcə də, YAP-ın deputatlığa namizədi olan Fidail Rəhimova səs verməyə çağırdı. Yeni Azərbaycan Partiyası tərəfindən 22 saylı Nəsimi ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Fidail Rəhimov çıxış edərək, seçki platforması barədə seçiciləri geniş və əhatəli məlumatlındırdı. Qeyd etdi ki, ona etimad göstərilərsə, Milli Məclisdə ən fəal və onların problemlərini dövlət qurumlarının diqqətinə çatdıran deputatlardan olacaq. F.Rəhimov bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq ölkəmizdə həyata keçirilən sosial-iqtisadi uğurlardan da danışdı: "Bu gün bazar iqtisadiyyatından daha mükəmməl, daha təkmil bir sistem yoxdur. Lakin bazar iqtisadiyyatının acı reallıqları da qaçılmazdır. Ona görə də dövlət sosial yönümlü bazar iqtisadiyyatına rəvac verməklə, insanların müflisləşməsinin qarşısının alınmasına, aztəminatlı insanların sosial müdafiəsinin daha da gücləndirilməsinə çalışır. 2011-ci ilin dövlət büdcəsinin 33 faizinin sosialyönümlü olması əhalinin dövlət tərəfindən qayğısına xüsusi diqqət yetirilməsinin göstəricisi sayıla bilər". Deputatlığa namizəd Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya etməsinə də toxundu: "Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya edib, həm maliyyə sistemini, həm bank sektorunu, ümumiyyətlə, iqtisadiyyata bağlı olan bütün sistemlərini beynəlxalq standartlara uyğunlaşdırıb. Dünyanın əksər maliyyə qurumları Azərbaycanda əldə olunan uğurları qeyd edir və bunun ayrı-ayrı ölkələr üçün nümunə olduğunu bildiriblər". Sonda F.Rəhimov seçiciləri iqtisadi uğurların davamlığı naminə seçkilərdə fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırdı.

Digər xəbərlər