PDF Oxu

Sosial

  • 18

Əziz seçicilər! Mənə növbəti dəfə səs versəniz, etimadınızı bundan sonra da doğrultmağa çalışacağam!

Əziz seçicilər! Mənə növbəti dəfə səs versəniz, etimadınızı bundan sonra da doğrultmağa çalışacağam!
Tərcümeyi-hal
Abbasova Lalə Gülbaba qızı 1955-ci il iyunun 9-da Xaçmaz şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1972-ci ildən Xaçmaz şəhərində uşaq bağçasında musiqi müəllimi işləyib. 1977-ci ildən "Vışka" qəzetinin korrektoru, baş redaktor müavini, 1998-ci ildən "Vaş dom" jurnalının redaktoru vəzifələrində çalışıb. 2000-2005-ci illərdə "Mir jenşinı" qəzetinin baş redaktoru olub. Hazırda həmin nəşrin təsisçisidir. 2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. "Qadın və tərəqqi" ictimai birliyinin sədridir. Həsən bəy Zərdabi laureatı, 2004-cü ildə "Xan qızı Natəvan", 2008-ci ildə "İlin İşgüzar xanımı", 2010-cu ildə "Səmərəli fəaliyyətə görə" və başqa mükafatlara layiq görülüb. 4 ensiklopedik toplunun, 1 elmi və 1 bədii kitabın müəllifidir. 13 mahnı bəstələyib. 2009-cu ildən Qərb Universitetində dərs deyir. Rus dilini bilir. Bitərəfdir. 3 övladı var.
- Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidentinin, daxili və xarici siyasətini dəstəkləyərək öz fəaliyyətimi reallıqlar üzərində qurmağa çalışacağam.
- "Regionların inkişaf proqramı" çərçivəsində regionumuzun tələbatı ilə bağlı əlavə təkliflər vermək niyyətindəyəm.
- Regionumuzun sosial-iqtisadi səviyyəsini daha da yüksəltmək üçün sərmayədarların, xüsusilə də, daxili sərmayədarların, bölgəmizə cəlb olunmasına çalışacağam ki, bu da, ilk növbədə, yeni iş yerləri deməkdir.
- Regionumuzu xaricdə təmsil edən iş adamlarının, nəinki bölgəmizin, habelə, bütün Azərbaycanın sosial-iqtisadi həyatında yaxından iştirakına çalışacağam. Onların, mütəmadi olaraq, xeyriyyəçiliklə məşğul olması və xaricdə Azərbaycan diasporasının güclənməsinə və Azərbaycançılıq ideyasının təbliğinə yardımçı olması üçün təbliğat-təşviqat kampaniyaları keçirəcəyəm. Bu baxımdan, xeyriyyəçiliklə məşğul olan iş adamları üçün qanun çərçivəsində vergi rüsumlarının azaldılmasına çalışacağam. Əminəm ki, bu özəl biznesi sosialyönümlü layihələrdə iştiraka həvəsləndirəcək.
- Bölgəmizin turizm və istirahət sektorunun inkişafı daim diqqət mərkəzimdə olacaqdır.
- Ölkəmizdə son illərdə yüzlərlə müasir uşaq bağçası, məktəb və səhiyyə ocaqları tikilib istifadəyə verilir. Bu işlərin bizim bölgəmizdə də genişliklə aparılmasına nail olmaq niyyətindəyəm.
- Şəxsən dünya və Avropa dəyərlərinə inteqrasiyanı dəstəkləyirəm. Lakin kor-koranə təqlidin əleyhinəyəm. Mədəniyyətlərin dialoquna tərəfdaram.
- Ailə, uşaq və qadın problemlərinə daha çox diqqət yetirməyi nəzərdə tuturam. Qadınların cəmiyyətdə və dövlət idarəetməsində rolunun artırılmasına səy göstərəcəyəm.
- Kimsəsiz uşaqlara dayaq olaraq aksiyalar keçirəcəyəm və nəticədə mənzillə təmin etməyə çalışacağam.
- Təhsil problemləri, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi daim diqqət mərkəzimdə olacaqdır.
- Keçmiş SSRİ-nin əmanət banklarında qalmış əmanətlərin qaytarılması üçün MM-də qanunun qəbuluna çalışacağam və əminəm ki, yaxın illərdə bu məsələ öz müsbət həllini tapacaq.
- Millət vəkili olacağım bölgə əhalisinin sosial-iqtisadi və məişət problemlərini öz şəxsi problemim hesab edərək, onların müsbət həllinə çalışacağam. Seçicilərimin hüquqlarının müdafiəsinə çalışacağam. Xaçmaz ərazisində yaşayan çoxsaylı milli etniklərin hüquqlarının qorunması istiqamətində fəaliyyətimi gücləndirəcəyəm.
- Bir ana olaraq dünyada baş verən münaqişələrin sülh yolu ilə həllinə nail olmağa var qüvvəmlə çalışacağam.
- İşğal altında olan və erməni qəsbkarları tərəfindən zəbt olunan Dağlıq Qarabağ və Qərbi Azərbaycan ərazisi adlanan əbədi və əzəli torpaqlarımızın qaytarılması üçün beynəlxalq səviyyədə fəaliyyətimi gücləndirəcəyəm.

Digər xəbərlər