PDF Oxu

Sosial

  • 14

Yeni Azərbaycan Partiyası parlament seçkilərinin qalibi olacaq

Yeni Azərbaycan Partiyası parlament seçkilərinin qalibi olacaq

Oktyabrın 20-də Yeni Azərbaycan Partiyasının 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən deputatlığa namizədi İlham Müseyib oğlu Məmmədov Göygöl rayonunun Çaykənd, Quşçu, Qarabulaq, Sarısu, Toğanalı, Tülallar, Mollacəlilli, Hacıməlik, Çaylı, Pənahlılar və Dozular kəndlərinin seçiciləri ilə təbliğat-təşviqat kampaniyası çərçivəsində görüş keçirib.
Tədbirdə çıxış edən YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev seçkilərə hazırlığın vəziyyəti və ölkəmizin ictimai-siyasi durumu barədə məlumat verib. Bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidmət prinsipini prioritet sayıb. "Xalqın sosial rifahının yüksəldilməsi həmişə YAP-ın ali məqsədlərindən biri olub. Partiyamızın bölgədə və dünyada artan nüfuzunun başlıca səbəblərindən biri də, məhz güclü sosial dayaqlarının olmasıdır. T.Əliyev YAP-ın bu seçkilərə hansı iqtisadi-siyasi platforma ilə getdiyindən ətraflı danışaraq bildirib ki, Yeni Azərbaycan Partiyası vəd vermir, YAP real iş görür. Bunu yüksək qiymətləndirən xalq həmişə YAP-a dəstək olub" deyən T.Əliyev partiyamızın namizədlərinin növbəti seçkilərdə də qələbə qazanacağına inandığını bildirib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının 101 saylı Göygöl-Daşkəsən seçki dairəsi üzrə deputatlığa namizədi İlham Məmmədov bütün rayonlarda olduğu kimi, Göygöldə də mövcud hakimiyyət tərəfindən sistemli islahatların həyata keçirildiyini xatırladıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən siyasət respublikamızda sabitliyin möhkəmlənməsinə, insanların sosial rifah halının yaxşılaşmasına səbəb olub. İ.Məmmədov seçicilərin səsini qazanacağı təqdirdə onlar tərəfindən təklif və tövsiyə olunan məsələlərin həll edilməsi üçün lazımi köməkliklər göstərəcəyini, rayon əhalisinin etimadını doğrultmağa çalışacağını bildirib.

Göygöldə Yeni Azərbaycan Partiyasının təbliğat və təşviqat kampaniyası yüksək səviyyədə davam edir

Dünən, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən Milli Məclisə YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Məmmədov seçicilərlə növbəti görüş keçirib. Görüşlər Göygöl rayonunun Göyçəkənd, Mixaylovka, Yeni Zod, Aşıqlı, Köşkü, Üçbulaq, Firuzabad kəndlərində keçirilib. Tədbirdə çıxış edən YAP Göygöl rayon təşkilatının aparat rəhbəri Rəşad Veyisov seçiciləri salamlayaraq, onları noyabrın 7-də keçiriləcək paralament seçkilərində aktiv olmağa səslədi. Bildirdi ki, YAP tərəfindən 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizədliyi irəli sürülən şəxslərdən biri də İlham Məmmədovdur. R.Veyisov bildirdi ki, YAP üzvü olanlar və bu partiyanı dəstəkləyənlər öz namizədlərinin seçkilərdə qalib gəlməsini yekdilliklə istəyirlər.
YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Məmmədov da, seçicilərlə görüşməkdən böyük məmnunluq hissi keçirdiyini bildirdi. "Azərbaycan Respublikasının daha da güclənməsi və inkişafı üçün hər bir YAP üzvünün var qüvvəsi ilə çalışdığı hər kəsə məlumdur. Bu baxımdan da seçicilərin birmənalı şəkildə YAP tərəfindən namizədliyi irəli sürülmüş şəxslərə dəstək olacaqlarına əminlyini ifadə edən İ.Məmmədov parlament seçkilərinin tam demokratik və şəffaf şəraitdə keçəcəyini də söylədi.
YAP Göygöl rayon Gənclər Birliyinin sədri Elşən Məmmədov da bu gün gənclərin timsalında ölkəmizdə böyük inkişafın olduğunu vurğuladı. Hər bir insanın, hər bir vətəndaşın seçmək və seçilmək hüququnun olduğunu bildirən E.Məmmədov gəncləri seçki məntəqələrinə getməyə və ən layiqli namizədə səs verməyə səslədi
Tədbirdə çıxış edən Göygöl rayon seçiciləri bildiriblər ki, YAP-ın namizədlərindən başqa heç kimə etimad göstərməyəcəklər. Onlar Azərbaycanın inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi yolunda həyata keçirilən davamlı islahatları həmişə dəstəklədiklərini və xalqın rifah halının yaxşılaşdırılmasına nail olan iqtidara sadiq olduqlarını qeyd ediblər. Göygöllülər həmişə Yeni Azərbaycan Partiyasını dəstəklədiklərini və növbəti seçkilərdə də partiyanın mütləq qələbəsinə əmin olduqlarını bildiriblər.

Digər xəbərlər