PDF Oxu

Sosial

  • 13

İnamlı qələbəyə doğru

İnamlı qələbəyə doğru
Yeni Azərbaycan Partiyasının 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədi Tahir Süleyman oğlu Süleymanovun təşviqatı ilə əlaqədar Şabran rayonu Zeyvə kənd klubunda Zeyvə, Kilvar kənd sakinləri, Pirəbədil kənd mədəniyyət evində Pirəbədil, Sumaqova, Zöhramı kənd sakinləri ilə görüş keçirilib.
Bu görüşlərə ümumilikdə 270 seçici qatılıb. Görüşdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Milli Məclisin deputatlığına namizəd Tahir Süleymanov və vəkili (səlahiyyətli nümayəndəsi) Abduləhəd Tağıyev iştirak ediblər.
YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov seçicilərə deputatlığa namizəd Tahir Süleymanovun fəaliyyəti barədə ətraflı məlumat verib. O, 7 noyabr parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasının uğurla həyata keçirildiyini vurğulayıb. Mehdi Balabəyov seçicilərin Tahir Süleymanovun millət vəkili kimi, son beşillik fəaliyyətindən razı qaldıqlarını, yenidən millət vəkili seçiləcəyi təqdirdə, ona göstərilən etimadı yüksək səviyyədə doğruldacağına əmin olduğunu bildirib: "Yeni Azərbaycan Partiyası indiyədək iştirak etdiyi bütün seçkilərdə böyük, inamlı qələbə qazanıb. Bu, heç də təsadüfi deyil. Bütün bunlar partiyanın ideya-siyasi xətti, nüfuzu, populyarlığı, siyasi qüvvə kimi xalqın, dövlətin maraqlarını dolğun şəkildə ifadə etməsi ilə sıx bağlıdır. Partiyamız azad, şəffaf, demokratik rəqabət şəraitində seçkilərdə böyük səs çoxluğu ilə qələbə qazanmağa qadir olduğunu dəfələrlə sübut edib. Yeni Azərbaycan Partiyası xalqa güvənən, qüdrətli siyasi təşkilat kimi xalqın böyük etibarını, rəğbətini qazanıb, ona bəslənilən ümidləri yüksək səviyyədə doğruldub. Partiyanın namizədləri bununla bağlı üzərlərinə düşən məsuliyyəti çox yaxşı dərk edirlər".
Keçirilən görüşlərdə Tahir Süleymanov yerli sakinlər tərəfindən səmimiyyətlə qarşılanıb. Seçicilər Tahir Süleymanova öz arzu və istəklərini çatdırıblar, onu yenidən millət vəkili kimi görmək istədiklərini söyləyiblər.
Seçicilər qarşısında çıxış edən Tahir Süleymanov regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət ayrılması nəticəsində Azərbaycanın hər bir yaşayış məntəqəsinin sürətlə inkişaf etdiyini qeyd edib. Milli Məclis deputatlığına namizəd ölkədə qeyri-neft sektorunun, aqrar sahənin inkişafına böyük diqqət göstərildiyini vurğulayıb. Tahir Süleymanov Milli Məclisin üzvü kimi, ötən beşillik fəaliyyətinin yüksək dəyərləndirilməsinə görə, seçicilərinə təşəkkür edib. O, yenidən millət vəkili seçiləcəyi təqdirdə, hər bir seçicinin etimadını layiqincə doğrultmağa çalışacağını bildirib.
Tahir Süleymanov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının parlament seçkilərində növbəti dəfə böyük, inamlı qələbə qazanacağına əmindir. Milli Məclis deputatlığına namizəd çıxışı əsnasında, yenidən millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlərdən danışıb, partiyanın seçki platforması barədə seçicilərə dolğun, ətraflı məlumat verib. Deputatlığa namizəd T.Süleymanov parlament seçkilərində namizədi olduğu partiyanın amalının "Güclü dövlət, yüksək rifah" olduğunu vurğulayıb, belə bir şüarın təbliğat-təşviqat kampaniyasında başlıca hədəf kimi seçilməsinin partiyanın ali məramı, ülvi məqsədləri ilə bağlı olduğunu bildirib: "Yeni Azərbaycan Partiyası yarandığı, formalaşdığı gündən milli dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqın yüksək sosial rifahı naminə fəaliyyət göstərir. Biz müstəqil, dünyəvi, demokratik, çiçəklənən Azərbaycanın qurulmasında mühüm rolu olan Yeni Azərbaycan Partiyası ilə yüksək rifaha doğru irəliləyirik".

Digər xəbərlər