PDF Oxu

Sosial

  • 19

Yeni Azərbaycan Partiyası Azərbaycanda ən demokratik partiyadır

Yeni Azərbaycan Partiyası Azərbaycanda ən demokratik partiyadır
Yeni Azərbaycan Partiyasının seçki siyahısı üzrə 107 saylı Qazax seçki dairəsindən Milli Məclisə namizədliyi irəli sürülən Əhməd Vəliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri uğurla davam etdirilir.
Dünən YAP-ın deputatlığa namizədinin Qazax rayonunun Aslanbəyli və Qaymaqlı kəndlərində seçicilərlə növbəti görüşü keçirildi. Aslanbəyli kəndində keçirilən görüşdə 100-ə yaxın kənd sakini iştirak edirdi. Görüşdə ilk olaraq çıxış edən YAP-ın Qazax rayon təşkilatının sədri Həmid Pənahov noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilər barədə görüş iştirakçılarını məlumatlandırıb və kənd sakinlərinin seçkilərdə fəal olmalarının vacibliyini söylədi. Yeni Azərbaycan Partiyasının deputatlığa namizədliyini irəli sürdüyü professor Əhməd Vəliyevin fəaliyyəti ilə bağlı seçiciləri məlumatlandıran Həmid Pənahov YAP-ın Azərbaycanda yeganə aparıcı siyasi partiya olduğunu diqqətə çatdırdı. YAP-ın və onun namizədlərinin hər zaman xalq tərəfindən dəstəyini qazandığını bildirən partiyanın rayon təşkilatının sədri seçiciləri noyabrın 7-də keçiriləcək parlament seçkilərində də YAP-ın deputatlığa namizədi olan Əhməd Vəliyevi dəstəkləməyə və ona səs verməyə çağırdı.
Tədbirdə çıxış edən Qazax Müəllimlər İnstitunun rektoru, YAP seçki qərargahı Qazax rayon şöbəsinin təbliğat qrupunun üzvü, professor İsa Veyisov Yeni Azərbaycan Partiyasının Azərbaycanda xalq tərəfindən dəstəklənən və böyük potensiala malik ən güclü partiya olduğunu bildirdi. İ.Veyisov YAP-ın Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan quruculuq-abadlıq işlərindən, ölkəmizin iqtisadi inkişafı sahəsində əldə edilən uğurlardan danışdı. İ.Veyisov YAP-ın 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizədi Əhməd Vəliyevin Azərbaycanın tanınmış ziyalılarından olduğunu vurğulayaraq, noyabrın 7-də keçiriləcək parlament seçkilərində seçiciləri ona səs verməyə çağırdı.
Daha sonra kənd sakinləri çıxış edərək, YAP-ın namizədi Əhməd Vəliyevi yaxşı tanıdıqlarını və parlament seçkilərində ona səs verəcəklərini bildirdilər.
Görüşdə çıxış edən Əhməd Vəliyev rayonun sosial iqtisadi inkişafının sürətləndirilməsinə töhfələr verəcək seçki platformasından danışdı. Bildirdi ki, noyabrın 7-də keçiriləcək seçkilərdə deputat seçilərsə, Qazax rayonunun və seçicilərinin probleməlrinin həlli ilə bağlı dövlət qurumları qarşısında müvafiq məsələlər qaldıracaq və daim seçicilərlə ünsiyyətdə olacaq. YAP rəhbərliyinə onun namizədliyinin məhz 107 saylı Qazax seçki dairəsindən irəli sürülməsinə görə təşəkkür edən deputatlığa namizəd öz fəaliyyəti ilə həm partiya rəhbərliyinin, həm də seçicilərinin etimadını doğrultmağa çalışacağını qeyd etdi. Əhməd Vəliyev noyabrın 7-də keçiriləcək seçkilərdə seçiciləri aktiv olmağa və ən layiqli namizədə səs verməyə çağırdı.
Dünən YAP-ın 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizədi Əhməd Vəliyevin təbliğat kampaniyası çərçivəsində daha bir görüşü Qaymaqlı kəndində keçirilib. 150-dən artıq kənd sakininin iştirakı ilə keçirilən görüşdə YAP-ın 107 saylı seçki dairəsindən deputatlığa namizədi Əhməd Vəliyev və partiyanın rayon təşkilatının rəhbərliyi seçicilər qarşısıda çıxış edərək, onları noyabrın 7-də MM-ə keçiriləcək parlament seçkilərində fəal iştirak etməyə çağırıb. Görüşdə həmçinin, seçicilər onları maraqlandıran problemlərin həllini deputatlığa namizədin diqqətinə çatdırıblar. YAP-ın 107 saylı seçki dairəsindən deputatlığa namizədi Əhməd Vəliyev əgər seçicilər ona etimad göstərərsə, həmin problemlərin həlli ilə bağlı icra qurumları qarşısında məsələ qaldıracağını və problemlərin həllinə çalışacağını bildirib. YAP-ın 107 saylı seçki dairəsi üzrə deputatlığa namizədi Ə.Vəliyevin təbliğat-təşviqat kampaniyası davam edir.

Digər xəbərlər