YAP-ın namizədinə səs vermək Azərbaycan dövlətçiliyinə dəstək deməkdir
ÖDƏNİŞLİ TƏŞVİQAT
Dünən Yeni Azərbaycan Partiyasının seçki siyahısı üzrə 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Nizami Cəfərovun təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşü keçirilib.
Ağstafanın Eynallı kəndində keçirilən görüşdə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov YAP-ın cəmiyyətdəki aparıcı rolundan və nüfuzundan danışmışdır. R.Tatarov budəfəki parlament seçkilərində də seçicilərin YAP-ın namizədini dəstəkləməklə partiyaya öz dəstəklərini göstərəcəklərinə inandığını vurğulayıb. Natiq, həmçinin, son illər ölkəmizdə YAP-ın Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi işlər nəticəsində əhalinin sosial vəziyyətinin yaxşılaşmasından, iqtisadi inkişafın əldə olunmasından da bəhs edib. R.Tatarov çıxışının sonunda seçiciləri fəal olmağa çağırıb. YAP-ın 108 saylı Ağstafa seçki dairəsi üzrə deputatlığa namizədi Nizami Cəfərov da seçicilər qarşısında çıxış edərək, YAP-ın deputatlığa namizədi kimi seçicilərin noyabrın 7-də MM-ə keçirilən seçkilərdə onu dəstəkləyəcəklərinə inandığını bildirdi. N.Cəfərov seçicilərin YAP-ın namizədinə səs verməklə, həm də Azərbaycan dövlətçiliyinə dəstək verdiklərini diqqətə çatdırıb. Görüşdə seçicilər də onları maraqlandıran məsələlərin həlli ilə bağlı fikirlərini açıqlayıblar.
Dünən YAP-ın Ağstafa rayon təşkilatının rəhbərliyi ilə daha bir görüş rayonun Qırlı kəndində keçirilib. 180 nəfərdən çox seçicinin iştirakı ilə keçirilən görüşdə YAP Ağstafa rayon təşkilatının sədri R. Tatarov, 108 saylı Ağstafa seçki dairəsindən YAP-ın deputatlığa namizədi N.Cəfərov və rayon ictimaiyyətinin nümayəndələri çıxış edib. Görüşdə seçiciləri maraqlandıran bir sıra suallara cavab verilib. YAP Ağstafa rayon təşkilatı tərəfindən təşviqat tədbirləri davam etdirilir.