PDF Oxu

Sosial

  • 8

Şabranlılar YAP-ın namizədini dəstəkləyir

Şabranlılar YAP-ın namizədini dəstəkləyir
ÖDƏNİŞLİ TƏŞVİQAT
7 noyabr parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası Azərbaycanın bütün bölgələrində uğurla davam edir. Bununla əlaqədar, digər bölgələrdə olduğu kimi, Şabranda da Yeni Azərbaycan Partiyasının seçki siyahısı ilə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyi irəli sürülən Tahir Süleyman oğlu Süleymanovun təbliğat-təşviqat kampaniyası müvəffəqiyyətlə həyata keçirilir.
Belə ki, oktyabrın 16-da Yeni Azərbaycan Partiyasının Şabran rayon təşkilatı YAP namizədi Tahir Süleyman oğlu Süleymanovun təşviqatı ilə əlaqədar Taxtalar kənd sakinləri görüş keçirib. Taxtalar mədəniyyət evində keçirilən bu görüşdə 120 kənd sakini iştirak edib. Seçicilər Milli Məclis üzvlüyünə namizəd Tahir Süleymanovu səmimiyyətlə, xoş üzlə qarşılayıblar, millət vəkili kimi, onun son beşillik fəaliyyətini bəyəndiklərini, gördüyü işlərdən razı qaldıqlarını vurğulayıblar. Görüşdə YAP Şabran rayon tşkilatının sədri Mehdi Balabəyov, Milli Məclis üzvlüyünə namizədin səlahiyyətli nümayəndəsi Aydın Tağıyev iştirak edib.
Tədbiri giriş sözü ilə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov açıb. O, seçicilərə deputatlığa namizəd Tahir Süleymanovun fəaliyyəti barədə ətraflı məlumat verib. YAP Şabran rayon təşkilatının sədri 7 noyabr 2010-cu il tarixində keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasının uğurla gerçəkləşdirildiyini vurğulayıb. O, yenidən millət vəkili seçiləcəyi təqdirdə, Tahir Süleymanovun göstərilən etimadı yüksək səviyyədə doğruldacağına əmin olduğunu bildirib.
YAP Şabran rayon təşkilatının sədri qeyd edib ki, bu seçkidə Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi qaçılmazdır, partiyanın indiyədək keçirilən bütün parlament seçkilərində böyük üstünlüklə qələbə qazanması məhz belə qənaətə gəlməyə əsas verir.
Görüşdə çıxış edən Milli Məclis deputatlığına namizəd Tahir Süleymanov bu seçkidə namizədi oldduğu partiyanın amalının "güclü dövlət, yüksək rifah" olduğunu vurğulayıb. O bildirib ki, Yeni Azərbaycan Partiyasının növbəti dəfə seçkilərdə böyük və inamlı qələbə qazanacağına əmindir. Tahir Süleymanov yenidən millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlərdən danışıb, partiyanın seçki platforması barədə dolğun və ətraflı məlumat verib. Milli Məclis üzvlüyünə namizəd T.Süleymanov bildirib ki, yenidən millət vəkili seçiləcəyi təqdirdə, seçicilərin etimadını layiqincə doğrultmağa çalışacaq. Görüşdə çıxış edənlər Tahir Süleymanovun yenidən millət vəkili seçilməyə layiq olduğunu vurğulayıb, seçiciləri məhz Tahir Süleymanova səs verməyə çağırıblar.

Digər xəbərlər