Şəmkir rayon seçiciləri parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
ÖDƏNİŞLİ TƏŞVİQAT
Noyabrın 7-də keçiriləcək parlament seçkilərində ölkəmizin bütün ictimayyəti kimi şəmkirlilər də seçkidə böyük aktivlik nümayiş etdirəcəklərini bildirirlər. Şəmkir rayonunun mərkəzində və rayonun Kür, Çinarlı, Dəllər qəsəbəsində seçicilərlə apardığımız sorğunun nəticəsi bunu bir daha təsdiqləyir. Rayonun Kür qəsəbə sakini Nazim Qasımov seçkidə Yeni Azərbaycan Partiyasının namizədinə dəstək olacaqlarını bildirdi. Qeyd etdi ki, hər seçkidə olduğu kimi, bu dəfə də onlar öz seçimlərini sərbəst və azad şəkildə müəyyənləşdirə biliblər.
Seçkidə hamı kimi, onun da iştirak edəcəyini söyləyən Kür qəsəbə sakini Soltan Cəfərov YAP tərəfindən namizədliyi irəli sürülmüş Mübariz Qurbanlıya səs verəcəyini bildirdi.
Kür qəsəbə sakini İsmət Məmmədov da seçkiyə ailə üzvləri ilə birlikdə qatılacağını və seçdikləri namizədə dəstək olacağını söylədi. Parlament seçkilərində YAP-ın namizədinə dəstək olacaqlarını bildirən Kür qəsəbə sakini Tapdıq Məmmədov da dostları ilə birlikdə seçki məntəqələrinə gələrək, öz seçimlərini edəcəklərini bildirdi. Şəmkir rayon Çinarlı qəsəbə sakini İradə Əliyeva da YAP tərəfindən namizədliyi irəli sürülmüş Sahibə Qafarovaya dəstək olacaqlarını bildirdi. Çinarlı qəsəbə sakini Musaməddin Həşimov da seçki məntəqələrinə gələrək, presesdə aktiv iştirak edəcəyini bildirdi. Digər Çinarlı qəsəbə sakinləri Suğra Ələkbərova, Süsən Hüseynova, Lamiyə Ələkbərova, Leyla Kazımova da Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş şəxslərə dəstək olacaqlarını bildirdilər. Şəmkir rayon Dəllər qəsəbə sakini Qoşqar Mərdanov, həmişə olduğu kimi, böyük əhval-ruhiyyə ilə seçkilərdə iştirak edəcəyini diqqətə çatdırdı. Dəllər qəsəbə sakini Səməd Rzayev YAP tərəfindən namizədliyi irəli sürülmüş Məlahət İbrahimqızına dəstək olacaqlarını bildirdi. Digər qəsəbə sakinləri də seçkidə aktiv şəkildə iştirak edərək, öz iradələrini ortaya qoyacaqlarını bildirdilər.