PDF Oxu

Sosial

  • 15

İlk dəfə səs verəcək gənclərlə görüşlər davam etdirilir

İlk dəfə səs verəcək gənclərlə görüşlər davam etdirilir
Noyabrın 7-də Azərbaycanda keçiriləcək parlament seçkilərində ilk dəfə iştirak edəcək gənclərlə yerlərdə görüşlərin keçirilməsi davam edir. Bu günlərdə Nərimanov və Nəsimi rayonlarında seçkilərdə ilk dəfə iştirak edəcək gənclər üçün seminarlar keçirilib.
Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Həsənov, 18 saylı dairə-seçki komissiyasının sədri Qabil Kərimov, Bakı şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Yusifov, Rəssamlıq Akademiyasının Tələbə-Gənclər Təşkilatının sədri İsmayıl İsmayılov və MSK-nın üzvü Fuad Babayevin iştirakı ilə görüş keçirib. İlk dəfə iştirak edəcək gəncləri təbrik edən Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Həsənov bildirib ki, seminarın keçirilməsində əsas məqsəd seçkilərdə ilk dəfə iştirak edəcək gənclərin fəallığını təmin etməkdir. Bu cür seminarların keçirilməsinin həm də seçkilərlə bağlı maarifləndirmə məqsədi daşıdığını bildirən idarə rəisi bu kimi tədbirlərin təkcə paytaxtda deyil, bütün bölgələrlə də keçirildiyini bildirib. Rəşad Həsənov bildirib ki, noyabrın 7-də keçiriləcək parlament seçkilərində Nərimanov rayonu üzrə 3 dairə-seçki komissiyasında 2000 gənc ilk dəfə səs verəcək.
18 saylı DSK - nın sədri Qabil Kərimov isə öz çıxışında keçiriləcək seçkilərdə Azərbaycanda seçki hüququ olan hər bir vətəndaşın iştirakının vacibliyini önə çəkib. Daha sonra MSK - nın üzvü Fuad Babayev seçkilərlə bağlı gəncləri maraqlandıran sualları cavablandırıb. Tədbirdə "Azərbaycanın parlament tarixi", "Milli Məclisə seçkilərin keçirilməsinin qanunverici əsasları", "Vətəndaşların seçki hüquqları", "Ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirak etməsinin yeri və rolu", "Seçki günü səsvermə proseduru və qaydaları" mövzusunda məruzələr dinlənilib. Seminarın sonunda tələbələrə Gənclər və İdman Nazirliyi tərəfindən ilk dəfə səs verən gənclər üçün hazırlanmış Azərbaycan parlamentinin tarixi, onun formalaşma dövrü, fəaliyyəti, beynəlxalq əlaqələri və Seçki Məcəlləsindən çıxarışların qeyd olunduğu yaddaş kitabçası paylanılıb.
Nəsimi rayonunda bu rayon üzrə ilk dəfə səs verəcək gənclərlə görüş isə Bakı Slavyan Universitetində keçirilib. Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fuad Babayev, Nəsimi rayon Gənclər və İdman idarəsinin rəis müavini İbrahim Hacıyevin iştirakı ilə keçirilən görüşdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov builki seçkilərdə ilk dəfə səs verəcək tələbələri təbrik edib. Seçkilərdə xeyli gənc seçicinin ilk dəfə səs verəcəklərini bildirən R. Abbasov Nəsimi rayonu üzrə 3 DSK - da 565 gəncin ilk dəfə səs verəcəklərini bildirib. Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəis müavini İbrahim Hacıyev isə noyabrın 7-də Milli Məclisə keçiriləcək parlament seçkilərində iştirak etməyin hər bir Azərbaycan vətəndaşının borcu olduğunu vurğulayıb. Tədbirdə çıxış edən 22 saylı Nəsimi DSK - nın sədri Asif Vəliyev tələbələrin seçkilərlə bağlı suallarını cavablandırıb. Tədbirdə "Azərbaycanın parlament tarixi", "Milli Məclisə seçkilərin keçirilməsinin qanunverici əsasları", "Vətəndaşların seçki hüquqları", "Ölkənin ictimai - siyasi həyatında gənclərin fəal iştirak etməsinin yeri və rolu", "Seçki günü səsvermə proseduru və qaydaları" mövzusunda məruzələr edilib. Həmçinin, tələbələrə Gənclər və İdman Nazirliyi tərəfindən ilk dəfə səs verən gənclər üçün hazırlanmış yaddaş kitabçası paylanılıb.
Dünən isə daha belə bir tədbir Səbail rayonu Bakı Pedaqoji Universitetində keçirilib. Noyabrın 7-də ilk dəfə səsvermədə iştirak edəcək gənclər üçün təşkil olunan seminarda Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fuad Babayev, Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, 29 saylı DSK-nın nümayəndəsi Zinnun Zərbəliyev, AMEA-nın müxbir üzvü, professor Mais Əmrahov Səbail rayon icra hakimiyyəti başçısının müavini Xalidə Bayramova, ADİA-nın tələbəsi, prezident təqaüdçüsü Babək Budaqlı iştirak edib.
Həmçinin, tələbələrə Gənclər və İdman Nazirliyi tərəfindən ilk dəfə səs verən gənclər üçün hazırlanmış yaddaş kitabçası paylanılıb.

Digər xəbərlər