PDF Oxu

Sosial

  • 8

Suraxanı rayonunda ilk dəfə səs verən gənclərlə görüş keçirilib

Suraxanı rayonunda ilk dəfə səs verən gənclərlə görüş keçirilib
Dünən Q.Abbasov adına Mədəniyyət sarayında Suraxanı rayonu üzrə noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilərdə ilk dəfə iştirak edəcək gənclər üçün seminar keçirilib.
Tədbirdə "Azərbaycan Parlamenti tarixi", "Milli Məclisə seçkilərin keçirilməsinin qanunverici əsasları", "Vətəndaşların seçki hüquqları", "Ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirak etməsinin yeri və rolu", "Seçki günü səsvermə proseduru və qaydaları" mövzusunda məruzələr dinlənilmişdir.
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fuad Babayev, Ombudsman Aparatının əməkdaşı, Suraxanı Qadın İnkişaf Mərkəzinin direktoru Şövkət Xanməmmədova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini A. Yusifov, 32 saylı Suraxanı rayon Dairə Seçki Komissiyasının üzvü Sabir Allahverdiyev, Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəis Amil Bayramov, gənclər adından Ənvər Haqverdiyev iştirak etmişlər.
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fuad Babayev çıxış edərək, seminarın keçirilməsinin məqsədinin gənclərin Milli Məclisə seçkilərdə fəal iştirakını təmin etməkdir. Bu cür seminarlar təkcə paytaxta deyil, bölgələrdə də keçirilir və bununla da, gənclərin maarifləndirilməsinə nail omağa çalışırlar.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini A.Yusifov ilk dəfə seçkilərdə iştirak edəcək tələbələri təbrik etmiş və onları seçkilərdə fəal olmağa çağırmışdır. Natiq çıxışında dövlətimizin gəncliyə, gənclərə göstərilən dövlət qayğısından danışmışdır. Onuda da qeyd etmişdir ki, dövlət idarəetməsində gənclər geniş şəkildə təmsil olunurlar ki, bu da dövlətimizin gəncələrə göstərdiyi etimaddan irəli gəlir.
32 saylı Suraxanı Dairə Seçki Komissiyasının üzvü Sabir Allahverdiyev gəncləri maraqlandıran sualları cavablandırmışdır. Sonra tələbələrə Gənclər və İdman Nazirliyi tərəfindən ilk dəfə səs verən gənclər üçün hazırlanmış yaddaş kitabçası paylanılmışdır. Kitabçada Azərbaycan parlamentarizm tarixi, onun formalaşma dövrü, fəaliyyəti, beynəlxalq əlaqələri və Seçki Məcəlləsindən çıxarışlar öz əksini tapmışdır.

Digər xəbərlər