PDF Oxu

Sosial

  • 12

MSK ATƏT-in Bakı Ofisi ilə birlikdə parlament seçkilərinə hazırlıqla bağlı regional toplantılar keçirəcək

MSK ATƏT-in Bakı Ofisi ilə birlikdə parlament seçkilərinə hazırlıqla bağlı regional toplantılar keçirəcək
Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İclasda səlahiyyətli nümayəndələrin qeydə alınması məsələlərinə də baxılıb. İclasda ilk olaraq MSK-nın 11 sentyabr və 13 sentyabr tarixli iclas protokolları Komissiya üzvlərinin səs çoxluğu ilə təsdiq edilib. Daha sonra səlahiyyətli nümayəndələrin qeydə alınması məsələsinə baxılıb. MSK katibi Natiq Məmmədov Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) müfaviq orqanların qərarı ilə səlahiyyətli nümayəndələr təsdiq etdiyini bildiirb. AMİP-in səlahiyyətli nümayəndələrinin qeydə alınması üçün sənədləri MSK-ya təqdim etdiyini deyən N.Məmmədov səlahiyyətli nümayəndələrinin sayının 53, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin 1 nəfərdən ibarət olduğunu bildirib. Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KAXCP) əlavə olaraq 7 nəfərdən, "İnsan Naminə" siyasi partiyalar bloku 40 nəfərdən, "Qarabağ" siyasi partiyalar blokunun əlavə olaraq 57 nəfərdən ibarət səlahiyyətli nümayəndə təyin etdiyini deyən MSK katibi səlahiyyətli nümayəndələrinin qeydə alınması üçün əsasların olduğunu Komissiya üzvlərinin diqqətinə çatdırıb. AMİP və KAXCP-in, həm də "İnsan Naminə" siyasi partiyalar blokunun təqdim etdiyi səlahiyyətli nümayəndələr MSK üzvlərinin yekdil səsi ilə qeydə alınıb. İclasda 122 saylı Xankəndi seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişikliklərin edilməsinə də baxılıb. Dəyişikliklər qəbul olunub. İclasın gündəliyində olan məsələlərin müzakirəsindən sonra MSK sədri Məzahir Pənahov çıxış edib. O, bildirib ki, indiyədək namizədliyini irəli sürmək istəyən 155 nəfər DSK-lara müraciət edib, onlardan 131 nəfəri DSK-lardan imza vərəqələri götürüb. M.Pənahov indiyə kimi seçkidə iştirak etmək üçün MSK-ya 18 partiyanın müraciət etdiyini bildirib. Qeyd olunub ki, onlardan 13-ü bloklar daxilindədir. Komissiya sədri parlament seçkilərini müşahidə etmək üçün indiyə kimi 172 nəfərin MSK-da qeydə alındığını vurğulayıb. M.Pənahov MSK-nın və ATƏT-in Bakı Ofisinin rayon İcra Hakimiyyəti başçılarının və DSK-ların iştirakı ilə parlament seçkilərinə hazırlıqla bağlı regional toplantılar keçirəcəyini qeyd edib. O, ilk toplantının sentyabrın 20-də Bakıda baş tutacağını deyib. MSK sədri növbəti toplantıların sentyabrın 21-də Şirvan, sentyabrın 22-də Mingəçevir, sentyabrın 24-ü isə Naxçıvanda təşkil olunacağını dilə gətirib.

Digər xəbərlər