AŞPA real mexanizmləri olmayan təşkilatdır
Dünən Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyənin Elazığ vilayətinin bir qrup tanınmış söz sənəti təmsilçilərini qəbul edib. SİA-nın məlumatına görə, Şura sədri Respublika Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin, Bakının "Ozan" və Elazığın "Manas" nəşriyyatlarının təşkilatçıları ilə ölkə paytaxtında düzənlənən "Elazığ çələngi" beynəlxalq tədbirinin iştirakçıları olan qonaqları salamlayıb.
Ə.Amaşov türkdilli xalqların dövlət başçılarının zirvə toplantısının keçirildiyi ərəfəyə təsadüf edən görüşün əhəmiyyətinə diqqəti çəkərək bildirib ki, dili, dini, adət-ənənəsi bir olan ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində söz sənəti də körpü rolunu oynayır. MŞ sədri həmin sahədə ədəbiyyat təmsilçiləri ilə yanaşı jurnalistlərin də yerinə yetirdikləri missiyanın məsuliyyətindən danışıb.
Milli mətbuatımızın yaranmasında, ötən əsrin əvvəllərində Azərbaycanda ictimai fikrin formalaşmasında, tariximizin digər mərhələlərində belə əlaqələrin misilsiz təsirindən söhbət açıb. Nümayəndə heyətinin rəhbəri, "Manas" nəşriyyatının direktoru M.Şener Bulud səmimi qəbula görə türkiyəli qonaqlar adından Şura sədrinə minnətdarlığını bildirib. Təşrif gətirdiyi vilayətin Türkiyədə ədəbiyyat və mədəniyyət mərkəzi kimi dəyərləndirildiyini dilə gətirən qonaq hər bir elazığlının orada türk dünyasının görkəmli yazıçısı Almas İldırımın yaşamasından, bu şəhərdə onun və xalq şairi Bəxtiyar Vahabzadənin adlarını daşıyan küçələrin olmasından fəxarət duyduğunu deyib.
Sonra vilayət barədə müfəssəl məlumatların yer aldığı "Elazığ çələngi" kitabını MŞ sədri Ə.Amaşova təqdim edib.
Görüşdə Fırat Universitetinin jurnalistika fakültəsinin professoru Tarık Özcan 20 min tələbənin təhsil aldığı bu ali məktəbin öz televiziya və radio kanalına, qəzetinə malik olmasından söhbət açıb, həmin ixtisas üzrə təhsilə istedadlı və hazırlıqlı gənclərin cəlbi üçün görülən tədbirlərdən danışıb.
Universitetin müəllimi Receb Bağçı şair və jurnalistlərdən Midhət Yılmaz (A.İldırımMütəmadi olaraq, Ermənistan təxribat xarakterli addımlara əl atır. Oktyabr ayında Ermənistan parlamentində Dağlıq Qarabağın tanınması ilə bağlı müzakirələr aparılacaq. Ermənistan tərəfindən Dağlıq Qarabağın tanınması Azərbaycanın ərazi bütövlüyünə çox ciddi bir təhdiddir. Bu məsələ ilə bağlı millət vəkili Gültəkin Hacıbəyli "Səs"ə açıqlamasında bildirib ki, Ermənistan Azərbaycan ərazilərini işğalda saxlayır. Lakin hər zaman işğalçı dövlət bunu Dağlıq Qarabağın özünü müdafiə addımı kimi təqdim etməyə çalışıb və Dağlıq Qarabağın işğalında Ermənistan amilini kölgədə saxlamağa çalışıb. Ermənistan parlamenti Dağlıq Qarabağın müstəqilliyini tanıyarsa, Ermənistan özünün Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsbkar siyasətini növbəti dəfə ifşa edəcək. Bu baxımdan düşünmürəm ki, bu gün Ermənistan parlamentinin belə bir addım atması ermənilərə qarşı təzyiq vasitəsindən birinə çevrilə bilər.
G.Hacıbəyli bu məsələlərin gündəmə gəlməsini Ermənistanda baş verən daxili amillərlə izah edib: "İşğalçı ölkədə daxili ziddiyyətlər kəskinləşir. Bu gün Ermənistanda erməni müxalif qüvvələrinin cəmiyyətə təsiri genişlənir, işğalçı ölkədə siyasi hakimiyyətə kütləvi inamsızlıq, insanların öz yaşayışlarından kütləvi şəkildə narazılıq, terrorçu rejimə qarşı çox ciddi bir təhlükədir".
Millət vəkilinin sözlərinə görə Dağlıq Qarabağ nə müstəqil, nə də Ermənistanın tərkib hissəsi deyil. Dağlıq Qarabağ beynəlxalq hüquq tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır: "Bu gün Ermənistan iqtisadiyyatı, demək olar ki, məhv edilib, siyasi uçurumun kandarındadır. Ermənistan Qərbdə Rusiyanın ən yaxın müttəfiqi kimi tanınır, Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü kimi Avropanın getdiyi yolla deyil, tamamilə fərqli bir istiqamət seçib və üzü Qərbə deyil, Şərqə doğru addımlayır. Bunlar Ermənistanın siyasi taleyini sual altında qoyub. Bu gün Ermənistan iqtisadiyyatının 96%-i Rusiyanın nəzarətindədir və faktiki olaraq, müstəqilliyini itirmiş bir ölkədir. Ermənistan bir müstəqil siyasi qurum olaraq öz dövlət müstəqilliyini çoxdan itiribdir.
Millət vəkili bildirdi ki, Ermənistan özünün iki ən böyük qonşusu - Türkiyə və Azərbaycanla faktiki olaraq müharibə vəziyyətindədir. Əgər Ermənistan Türkiyəyə qarşı ərazi iddialarını gündəmə yenidən gətirərsə, bu, gizli müharibə deməkdir və faktiki olaraq, Ermənistan bu gizli müharibə siyasətindən əl çəkmir. Əslində, Rusiya nə vaxta qədər Ermənistanın ağır yükünü öz çiyinlərində daşıya bilər. Rusiya əhalisinin özü maliyyə sıxıntısı içərisində olarkən, sözsüz ki, dövlət başçılarına niyə Ermənistan adlı bir dövlətin yükünü çiynimizdə daşımalıyıq sualını verə bilər. Rusiya prezidenti nə vaxtsa bu qənaətə gələcəkdir ki, Ermənistana xərclənən milyonları öz ölkəsinə yatırsa bir dövlət olaraq daha çox qazanar. G.Hacıbəyli vurğuladı ki, əgər Ermənistan Dağlıq Qarabağı tanımaq kimi bir səhvə yol versə, Azərbaycan tərəfi də ciddi addımlar ataraq Ermənistana qarşı daha aktiv fəaliyyətə keçmək şansı qazanacaq.
Bütün bu məsələlərin AŞPA-da müzakirə olunması məsələsinə toxunan millət vəkili əlavə edib ki, AŞPA-nı bəzən olduğundan daha yüksək qiymətləndirməyə çalışırıq. Düzdür, bu təşkilat nüfuzlu və Avropada demokratiya və insan haqlarının keşiyində duran təşkilatdır. Lakin AŞPA real mexanizmləri olmayan təşkilatdır. Avropa Şurasının yeganə funksional orqanı Avropa məhkəməsidir və və təşkilatın digər strukturlarının hansısa bir problemin həllinə bilavastə təzyiq etmə imkanları, demək olar ki, yoxdur.
AŞPA artıq Dağlıq Qarabağ münaqişəsi ilə özünün birmənalı mövqeyini ortaya qoyub. Bu mövqe də ondan ibarətdir ki, Dağlıq Qarabağı və onun ərazisindəki Azərbaycan ərazilərini Ermənistanın silahlı birləşmələri tərəfindən işğal edilib. AŞPA öz sənədlərində qeyd edib və işğalçı dövləti qeyd-şərtsiz olaraq işğal etdiyi torpaqları azad etməyə çağırır. Millət vəkili bildirdi ki, AŞPA rəhbərliyi bu məsələnin yenidən müzakirəsi üçün zərurət görmür: "Amma biz ölkəmizi təmsil edən millət vəkilləri olaraq, mütəmadi olaraq məsələni gündəmə gətiririk və AŞPA-nın yüksək kürsüsündən səslənən hər bir fikir, sözsüz ki, Azərbaycanın mövqelərini daha da güclənməsinə xidmət edir".ın oğlu), Hadi Önal və Günerken Aydoğmuş hər iki ölkənin yazarları arasındakı ədəbi-bədii əlaqələrdən danışarkən bir sıra rəy və təkliflərini də səsləndiriblər.
Sonra qonaqlara Həsən bəy Zərdabinin "Təbiət və insan" kitabı təqdim olunub.