PDF Oxu

Sosial

  • 17

MFP respublikamızda seçki təbliğatını davam etdirir

MFP respublikamızda seçki təbliğatını davam etdirir

Payızda keçiriləcək parlament seçkiləri ilə bağlı İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının respublikamızın hər bir rayonunda təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin, seçki hüququ ilə bağlı əhalinin maarifləndirməsi məqsədilə silsilə ictimai dinləmələr keçirir. Yardımlı rayonunda rayon icra hakimiyyətinin və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanlarının və prokurorluğun, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatlarının, KİV-lərin və icmaların nümayəndələrinin iştirakı ilə ictimai dinləmə keçirilib.

Tədbirdə çıxış edən Yardımlı rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov MFP-nin qəbul olunmasının və bu ictimai dinləmənin əhəmiyyətini vurğulayaraq, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına müvafiq olaraq, bu rayonda da müvafiq işlərin həyata keçirildiyini bildirib. X.Aslanov rayonda insan hüquqlarının müdafiəsi sahəsində görülən işlər, vətəndaşların qəbulu və müraciətlərinə baxılması haqqında da məlumat veribdir.
Görüşdə çıxış edən ombudsman Elmira Süleymanova müqəddəs Ramazan ayı münasibətilə iştirakçıları təbrik edib, xoş arzularını bildiribdir. E.Süleymanova Ermənistanın Azərbaycana qarşı təcavüzə başladığı 1988-ci ildə dünyaya gələn və şəhidlik zirvəsinə ucalması 18 İyun - Milli İnsan Hüquqları Gününə təsadüf edən milli qəhrəmanımız Mübariz İbrahimovun şücaətini vurğulayaraq, bu igid gizirin gənclərimizə örnək olduğunu söyləyib.
Müvəkkil ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla həyata keçirildiyini, respublikamızda insan hüquq və azadlıqların müdafiəsinin dövlətin qarşısında duran prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıbdır. O, MFP-nin məqsədləri, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və perspektivləri barədə ətraflı məlumat verib.
Müvəkkil qarşıdan gələn parlament seçkilərini nəzərə alaraq, seçki hüquqlarının, o cümlədən, seçmək və seçilmək hüquqlarının prioritet məsələ olduğunu, Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklərin edildiyini, ölkə Prezidentinin bu sahədə müvafiq sərəncamlarının əhəmiyyətini və bu sənədlərin təbliğinin zəruriliyini vurğulayaraq, əhalini seçkilərdə fəal iştirak etməyə çağırıbdır.
Müzakirələrdə rayon hakimi, prokuroru, təhsil şöbəsinin müdiri, yerli ağsaqqallar şurasının sədri və digər iştirakçılar çıxış edərək, rayonda MFP üzrə fəaliyyət, hüquq-mühafizə orqanlarının fəaliyyəti, son məhkəmə-hüquq islahatları, ölkə Prezidentinin müvafiq fərmanlarına əsasən, yeni məhkəmələrin yaradılması və regionlarda yerləşdirilməsi, məhkəmə qərarlarının icrası prosesinin təmilləşdirilməsi, kriminogen durum, təhsil sahəsindəki vəziyyət, bəzi məktəblərdə qaz və istilik sisteminin quraşdırılması, habelə, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi vəziyyəti, hüquqi maarifləndirmə tədbirləri və digər məsələlər barədə ətraflı məlumat veriblər.
Müvəkkil Polis Akademiyasının nəşr etdiyi "İnsan hüquqları və polis", "Hüquq-mühafizə orqanları əməkdaşlarının davranış məcəlləsi" vəsaitlərini RPŞ-nin rəhbərliyinə təqdim edərək, bu vəsaitlərin öyrənilməsini, treninqlərdə və təlimlərdə istifadə olunmasını, təcrübədə tətbiqini tövsiyə edibdir.

Digər xəbərlər