PDF Oxu

Sosial

  • 4

Azərbaycanda mətbuatın iqtisadi azadlığı təmin olunur

Azərbaycanda mətbuatın iqtisadi azadlığı təmin olunur
Azərbaycanda dövlət mətbuatın cəmiyyətdəki mövqelərinin möhkəmləndirilməsi, ictimai həyatın demokratikləşməsinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Müstəqil respublikamızda təkcə sosial-iqtisadi uğurlar deyil, həm də demokratikləşmə prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. İnsan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, xüsusən, söz və mətbuat azadlığının daha yüksək səviyyədə təminatı sahəsində həyata keçirilən mühüm tədbirlər Azərbaycanda siyasi plüralizmin mövcudluğunu təsdiqləyir. Həyata keçirilmiş islahatların nəticəsi olaraq Azərbaycanda söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət, jurnalistlərin öz iradələrini azad ifadə etməsinə dövlət təminat yaradır. Demokratikləşmə prosesinin dərinləşməsi, söz və mətbuat azadlığının daha geniş çərçivədə təmin olunması istiqamətində ardıcıl atılan addımlar mətbuatın cəmiyyətdəki mövqelərinin möhkəmlənməsinə xidmət edir. Milli mətbuatın yaranmasının 135-ci ildönümü ərəfəsində "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamlar imzalayan Prezident İlham Əliyev jurnalistlərin əməyinə yüksək qiymət verdiyini bir daha sübuta yetirmişdir. Bununla yanaşı, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5,0 (beş) milyon manat vəsaitin Prezident tərəfindən ayrılması ölkədə mətbuat işçilərinə göstərilən qayğının nəticəsidir. 32 qəzet redaksiyasının hər birinə 20,0 min manat, 8 informasiya agentliyinin hər birinə 10,0 min manat birdəfəlik maliyyə yardımlarının ayrılmasını nəzərdə tutan Sərnacamın imzlanması ölkədə mətbuat bolluğunun və söz azadlığının bərqərar olmasında, mətbuatın iqtisadi azadlığının təmin olunmasında dövlətin maraqlı olduğunu təsdiqləyir. Mətbuatın 135 illiyi çərçivəsində Mətbuat Şurasının yeni binasının açılışında çıxış edən Prezident İlham Əliyev Azərbaycanda söz və mətbuat azadlığının inkişafında maraqlı olduğunu, bunun üçün üzərinə düşən bütün vəzifələri həyata keçirəcəyini bir daha bəyan etmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkədə azad sözün, mətbuatın qarantı kimi çıxış etdiyini ötən dövrdə əməli işi ilə tam təsdiqləmişdir: "Bizdə söz azadlığı var. Biz söz azadlığını qoruyacağıq və müdafiə edəcəyik. Azərbaycan dövləti və Azərbaycan iqtidarı tənqidlərə də, hətta təhqirlərə də dözümlüdür. Mən media sahəsində gələcək inkişafı müstəqil, sözün əsil mənasında, müstəqil medianın gücləndirilməsində görürəm. Çünki hələ ki, bizdə bu sahədə, xüsusilə, yazılı mediada siyasiləşmə meyilləri çox güclüdür. Ola bilər ki, bu, müəyyən mərhələdə - Azərbaycanda siyasi sistem, siyasi münasibətlər formalaşdığı bir dövrdə qaçılmaz idi. Ancaq mən hesab edirəm ki, bu gün medianın inkişafı üçün siyasiləşmə prosesi gərək azalsın".Siyasi əqidəsindən və baxışlarından asılı olmayaraq hər bir jurnalist və mətbuat işçisinin hüquqları dövlət tərəfindən qorunur. Söz və mətbuat azadlığının təmin olunması, insanlara öz iradələrini azad ifadə etmək imkanının yaradılması dövlətin ali məqsədlərindən biridir. Təsadüfi deyil ki, bu gün kütləvi informasiya vasitələri istənilən məsələ ilə bağlı mövqeyini açıq ifadə edə bilir, xüsusən də, müstəqil fəaliyyət göstərən qəzetlərin bu sahədə hansısa problemi yoxdur. Ölkədə azad fikrə, tənqidi mövqeyə dözümlü münasibət mövcuddur. Peşə etikasını, mənəvi-əxlaqi normaları aşmayan obyektiv tənqid bütün səviyyələrdə qəbul olunur. Azərbaycanın söz və mətbuat azadlığının təminatı, siyasi plüralizmdən öz məqsədləri naminə istifadə edən radikal müxalifət funksionerləri mətbuatı qeyri-sivil siyasi mübarizə subyektinə çevirir. Parlament seçkiləri ərəfəsində müxalifət partiyalarının cəmiyyət üçün yeni olmayan böhtan və iftira kampaniyasınının miqyasını genişləndirmələri iqtidarın söz və mətbuat azadlığında maraqlı olmaması kimi qiymətləndirir. Siyasi mübarizə limiti tükənən "demokratik qüvvələr" diqqət mərkəzində olmaq üçün Azərbaycanda guya söz və mətbuat azadlığının pozulduğunu iddia edirlər. Növbəti parlament seçkiləri ərəfəsində belə cəfəng iddialarla çıxış edən qüvvələr həm də ölkə iqtidarının nüfuzuna xələl gətirmək məqsədi güdürlər. Təhqir və böhtan yolunu tutan müxalif qəzetlər öz məsuliyyətlərini dərk etmədən cəmiyyətdə gedən proseslərə adekvat münasibət göstərməyi bacarmır. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycanda söz və mətbuat azadlığının pozulduğunu iddia edən yerli və xarici qeyri-hökumət təşkilatlarının iddiaları tamamilə əsassızdır və sırf konyunktur məqsədlər daşıyır. Ölkədə söz və mətbuat azadlığının başlıca təminatçısı kimi çıxış edən hakimiyyət və bu sahədə həyata keçirilən islahatları demokratikləşmə prosesinin tərkib hissəsi kimi dəyərləndirir. Ölkə iqtidarı, indiyə qədər olduğu kimi, bundan sonra da mətbuat-KİV münasibətlərinin qanunamüvafiq qaydada tənzimlənməsinə, yaranmış hər hansı anlaşılmazlığın hüquqi müstəvidə aradan qaldırılmasına çalışır.

Digər xəbərlər