PDF Oxu

Sosial

  • 19

Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin tikintisi qrafikə uyğun aparılır

Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin tikintisi qrafikə uyğun aparılır
Gürcüstan, Türkiyə və Azərbaycanın böyük regional qüvvəyə çevrilməsi ölkələrin tranzit imkanları ilə yanaşı, infrastruktur, sənaye potensialına xidmət etməklə bərabər üç ölkə arasında dostluq, qardaşlıq münasibətlərinə nümunədir. Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmiryol xəttinin tikintisi Asiyadan Qafqaz vasitəsilə Türkiyə və Avropaya çıxışı təmin edəcək. Bakı-Tbilisi-Qars (BTQ) planlaşdırılmış dəmiryolu lahiyəsi müasir geosiyasətin ən işlək və təsirli vasitələrindən biri kimi ölkələrin iqtisadi maraqlarına hesablanıb.
Dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı, Gürcüstanın Tbilisi və Axalkalaki şəhərini və Türkiyənin Qars şəhərini birləşdirir. Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmiryol xəttinin açılması layihəsinin reallaşdırılması Azərbaycan, Gürcüstan və Türkiyə strateji əməkdaşlığın daha da damöhkəmləndirilməsi üçün şərait yaradır. Qərb arasında körpü rolunu oynayan Azərbaycanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsində aparıcı yer tutması ölkəmizin dünya ölkələri ilə inteqrasiyasının daha da dərinləşdirir. Azərbaycan Prezidenti İlham Əliyevin də bəyan etdiyi kimi, ölkəmizin nəqliyyat sisteminin gələcək əsasını Avropa-Qafqaz-Asiya TRASEKA, habelə, Şimali Avropa, Rusiya, Azərbaycan, İraq körfəzi, Hindistan marşrutunu əhatə edən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin sürətli inkişafı təşkil edir.
Bu baxımdan Bakıda keçirilən Bakı-Tbilisi-Qars layihəsinin Əlaqələndirmə Şurasının ikinci iclası çərçivəsində Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım bildirib ki, hazırda tərəflərin iki iri enerji layihəsi - Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri çərçivəsində əməkdaşlıq edir. İki ölkə arasında dəmiryol nəqliyyatının yaradılması strateji əməkdaşlığı daha da möhkəmləndirəcək. Türkiyəli nazirin sözlərinə görə, Əlaqələndirmə Şurasının ikinci iclasının keçirilməsi tərəflər arasında layihə çərçivəsində görülən işlərin gedişinin müzakirəsi və yaranan problemlərin həlli baxımından çox vacibdir.
Azərbaycanın nəqliyyat sektorunun inkişafı, iqtisadi intibahının prioritet istiqamətlərindən biri kimi nəqliyyat-kommunikasiya sisteminin daşıyıcı şəbəkə olmaqla yanaşı, daha çox iqtisadi-mədəni sivilizasiyaların qovuşmasına, işbirliyinə, tərəfdaşlığa, sülh və sabitliyə xidmət etdiyi heç kimdə sual doğurmur. Dünyada Azərbaycan tək xammal ölkəsi kimi yox, həm də strateji nəqliyyat-kommunikasiya resursları baxımından tranzit əhəmiyyət daşıyır. Azərbaycanın əlverişli iqtisadi mövqeyə malik olması ona Şərq-Qərb və Şimal-Cənub əlaqələrində xüsusi əhəmiyyət verilməsinə gətirib çıxarıb. Azərbaycan hökumətinin dəmir yolu xəttinin böyük siyasi, iqtisadi və strateji əhəmiyyət daşıdığını nəzərə alaraq, bu prosesdə davamalı olaraq siyasi iradə nümayiş etdirir. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Əlaqələndirmə Şurasının ikinci iclasında bildirib ki, layihə çərçivəsində işlər qrafikə uyğun aparılır və onlar başa çatdıqdan sonra, Bakı-Tbilisi-Qars dəmir yolu üç ölkə arasında birbaşa dəmiryol nəqliyyatını təmin edəcək.
Gürcüstanın regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaşvilinin sözlərinə görə, Azərbaycan və Gürcüstan nəqliyyat dəhlizi ilə bağlı danışıqlar aparıblar. O, əldə olunmuş razılaşmaların Bakı-Tbilisi-Qars dəmryolu layihəsinin vaxtında reallaşmasını və onun müəyyən olunan müddətdə istismara verilməsini təmin etməyə imkan verəcək.

Digər xəbərlər