PDF Oxu

Sosial

  • 13

Millət vəkili Jalə Əliyeva: "Azərbaycanda söz və nüfuz sahibi olan partiya iqtidar partiyasıdır"

Millət vəkili Jalə Əliyeva: "Azərbaycanda söz və nüfuz sahibi olan partiya iqtidar partiyasıdır"
Ulu öndər Heydər Əliyev ideyalarının tərənnümçüsü, güclü və alternativsiz siyasi təşkilat olan Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan xalqının istəklərinin və arzularının yeganə təminatçısıdır. Çünki bu gün Azərbaycan cəmiyyəti inkişafının ən yüksək mərhələsindədir. Cəmiyyət bu gün öz inkişafından çox razıdır və gələcəkdə də bu prinsipə sadiq qalacaq. YAP ümumxalq partiyasıdır. O, xalqın istək və arzularını yerinə yetirən, xalqı gələcəyə aparan güclü və siyasi bir qüvvədir. YAP həm lider baxımından, həm ideya və ideologiya baxımından, bütün mənalarda güclü partiyadır. Hər hansı bir siyasi qüvvə partiya xalqa istinad etmirsə, ondan dəstək almırsa, onun istək və arzularının ifadəsinə çevrilmirsə, o, məhvə məhkumdur. Hər bir vətəndaş Yeni Azərbaycan Partiyasının xalqa və dövlətə sədaqətlə xidmətindən məmnunluğunu ifadə etmək üçün seçkilərdə və digər zəruri anlarda öz iradəsini nümayiş etdirir. YAP, bütün seçkilərdə olduğu kimi, azad, demokratik şəkildə parlament seçkilərində də qələbə qazanacaq.
Bunu millət vəkili Jalə Əliyeva bizimlə söhbətində konkret faktlarla əsaslandıraraq, bildirdi ki, qarşıdan gələn seçkilərdə bir mənalı olaraq, bu seçkidə Azərbaycan vətəndaşının üstünlük verəcəyi, özünə favorit hesab edəcəyi partiya YAP olacaq. YAP-ın ətrafında kifayət qədər çox insan olduğunu deyən millət vəkili hesab edir ki, Azərbaycanda söz, nüfuz sahibi olan partiya iqtidar partiyasıdır və iqtidar partiyasına üzv olan gənclərin sayı həddən artıq çoxdur: "Yeni Azərbaycan Partiyası bu gün, nəinki ölkə hüdudları daxilində, eyni zamanda, beynəlxalq arenada özünə möhkəm və layiqli bir yer qazanıb. Ölkəmizin əldə etmiş olduğu iqtisadi-siyasi potensial imkan verir ki, istənilən məsələdə istənilən dövlətə öz maraqlarını diqtə etsin".
Millət vəkilinin sözlərinə görə, YAP artıq öz sözünü demiş partiyadır: "Bu gün Yeni Azərbaycan Partiyası deyəndə, əbədiyaşar, ulu öndər Heydər Əliyev göz önümüzə gəlirsə, hər kəsin sevimlisi cənab Prezidentimiz İlham Əliyevi düşünürüksə, təbii ki, bu partiya öz sözünü çoxdan demiş partiyadır. Son illərin bütün siyasi proseslərində olduğu kimi, xalq öz düzgün seçimini edəcəkdir".
Lalə Əliyeva onu da qeyd etdi ki, parlamentdə YAP-ın namizədlərinin səs çoxluğu üstünlük təşkil edəcək və ölkənin ən aparıcı partiyası məhz Yeni Azərbaycan Partiyasıdır: "Bu gün Azərbaycan parlamentində 125 millət vəkili var və onun daha çoxu YAP-ın üzvüdür".
Millət vəkili Lalə Əliyeva seçicilərin də YAP-ı dəstəklədiyini vurğulayıb: "Düşünürəm ki, üstünlük bu partiyanın amalına, əqidəsinə, sadiq olan insanların tərəfində olacaqdır. Seçicilərimiz də, təbii ki, öz platformasında, öz fikrində Azərbaycan dövlətinə sadiq olan insanlara səs verəcəkdir".

Digər xəbərlər