PDF Oxu

Sosial

  • 8

Nəsimi rayon icra hakimiyyətində milli mətbuatın 135 illik yubileyi qeyd olundu

Nəsimi rayon icra hakimiyyətində milli mətbuatın 135 illik yubileyi qeyd olundu
Nəsib Məhəməliyev: "Bütün sahələrin əməkdaşları kimi mətbuat sahəsinin əməkdaşlarıda hər zaman Ulu Öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyevdən yüksək səviyyədə xüsusi diqqət və qayğı, həmçinin, dəstək görüblər"
Azərbaycan milli mətbuatı şərəfli və böyük inkişaf yolu keçib. Ölkəmizdə mətbuatımızın yubiley bayramı yüksək səviyyədə qeyd olunur. Milli mətbuatımız 135 illik yubileyinə həsr olunmuş tədbirlər davam edir. Bu tədbirlərdə mətbuat sahəsində görülən işlərdən, mətbuatımızın inkişafından söz açılır və həmçinin, mətbuat işçiləri mükafatlandırılır.
Dünən Nəsimi rayon icra hakimiyyətində milli mətbuatımızın 135 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev bildirdi ki, Azərbaycan mətbuatı günü-gündən sürətlə inkişaf edir. Çünki ölkəmizdə, bütün sahələrə olduğu kimi, mətbuata da cənab Prezident İlham Əliyev xüsusi diqqət və qayğı göstərir. "1875 ildə əsası qoyulan milli mətbuatımız şərəfli və böyük inkişaf yolu keçib. Hamıya məlumdur ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda, bütün sahələrdə olduğu kimi, mətbuat sahəsi də xüsusi diqqət və qayğı əsasında inkişaf etməyə başladı. Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısının nəticəsi olaraq ölkə mətbuatının yüksək sürətlə inkişaf etməsi üçün bir çox işlər görüldü. KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, "Azərbaycan" Nəşriyyatına olan borcların dondurulması və sonradan Prezident İlham Əliyev tərəfindən ləğv edilməsi, həmçinin digər bu sahədə görülən bir çox işlər buna sübutdur. Ulu Öndər mətbuatın problemləri ilə yaxından maraqlanır və tez bir zamanda bu problemləri həll edirdi. Hazırda isə Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı olan cənab Prezident İlham Əliyev də mətbuat sahəsinə xüsusi diqqət və qayğı göstərir. Belə ki, Prezident İlham Əliyevin Milli Mətbuatın 135 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamı mətbuat sahəsinə göstərdiyi diqqət və qayğının növbəti bariz nümunəsidir." - deyə N.Məhəməliyev bildirdi.
N.Məhəməliyev, həmçinin, vurğuladı ki, Azərbaycan mətbuatında yüksək bacarığa, ağıla, jurnalist qabiliyyətinə malik olan çox sayda jurnalistlər, mətbuat işçiləri var. Onlar hər zaman ölkəmizdə baş verən siyasi-ictimai, mədəni və digər sahələrlə bağlı məlumatları işıqlandırırlar. Bunula da oxucunu məlumatlandırmış olurlar. Mətbuat sahəsində görülən işlər mətbuat işçilərini sevindirir. Çünki bütün sahələrin əməkdaşları kimi, mətbuat sahəsinin əməkdaşları da hər zaman Ulu Öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyevdən yüksək səviyyədə xüsusi diqqət və qayğı, həmçinin, dəstək görüblər. Ölkəmizin başçısının uzaqgörən, müdrik siyasəti nəticəsində dünyanın sürətlə inkişaf edən ölkəsinə çevrilən Azərbaycanda mətbuatın inkişafı üçün hər cür şərait yaradılıb. Həmçinin, Nəsib Məhəməliyev çıxışında bildirdi ki, 2003-cü ildə Mətbuat Şurası yaradıldı. Bu isə mətbuatın inkişafına daha da təsir göstərdi. Həmçinin, 31 iyul 1998-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə KİV-lərin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası təsdiq olundu. Bu konsepsiya ilə də dövlətin KİV-lərə dəstəyi daha da artdı.
Həmçinin, tədbirdə o da vurğulandı ki, Nəsimi rayonunda aparılan geniş quruculuq və abadlıq işlərinin işıqlandırılmasında mətbuat orqanları geniş fəaliyyət göstərirlər.
Tədbirin sonunda Nəsimi royun icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev jurnalistləri təbrik etdi. Bayram günü ilə əlaqədar "Səs", "Yeni Azərbaycan", "Xalq" qəzetlərinin, AZTV-nin Xəbərlər Departamentinin və "Kaspi" mətbuat yayımının əməkdaşları mükafatlandırıldı.

Digər xəbərlər