PDF Oxu

Sosial

  • 7

Binəqədi rayon icra hakimiyyətində milli mətbuatımızın 135 illiyi ilə bağlı tədbir keçirildi

Binəqədi rayon icra hakimiyyətində milli mətbuatımızın 135 illiyi ilə bağlı tədbir keçirildi
Dünən Binəqədi rayon icra hakimiyyətində milli mətbuatımızın yardılmasının 135 illiyi münasibətilə tədbir keçirildi. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Qocayev mətbuat işçilərini yubiley münasibətilə təbrik edərək bildirdi ki, bir neçə gündən sonra Azərbaycan milli mətbuatının 135 yaşı tamam olur.
Ölkə ictimaiyyəti bu əlamətdar tarixi qeyd edəcək. Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb. Görülən işlərin jurnalistikanın cəmiyyətdəki nüfuzunun yüksəldilməsi baxımından müstəsna əhəmiyyət daşıdığını bildirdi.
Mətbuat dövrümüzün güzgüsüdür.
O, XIX əsrin Azərbaycan xalqı üçün keşməkəşli, əzablı tarixi mərhələni təşkil etdiyini və belə anlarda millətin özünüdərkində qığılcımların yaranmasını qeyd etdi. Mətbuatımızın Həsən bəy Zərdabi şəxsiyyəti ilə bağlılığını bildirdi. Zərdabi fədakarlığının, Vətəninə və torpağına bağlılığının, onun insanına olan hədsiz sevgisinin məhsulu olduğu nəzərə çarpdırdı. "Əkinçi"nin qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, ictimai faktor rolunu oynamasını qeyd etdi. Özündən sonrakı mətbu vasitələr üçün Azərbaycan cəmiyyətinin ictimai şüurunda tam yeni bir səhifə açdı. "Əkinçi" təşkilatçılığı, fədakarlığı, parlaq istedadı ilə seçilənlər üçün ilkin jurnalistika məktəbi oldu. Bu, qəzetin cəmiyyətdə jurnalistika ənənələrinin formalaşmasına, söz sənətinin tərəqqisinə misilsiz töhfəsi idi.
Mətbuatımız XX əsrin əvvəllərində olduğu kimi, əsrin sonlarına doğru da demək olar, eyni missiyanı yerinə yetirmiş, Azərbaycanın dövlət müstəqilliyinin ideya daşıyıcısı rolunu oynamışdı.
Sonra o müstəqillik dövründə milli mətbuatımızın oynadığı müstəsna rolundan danışaraq, dövlətimiz tərəfindən KİV-lərə göstərilən dövlət dəstəyindən söz açdı.
"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də yubileylə bağlı çıxış edərək, Azərbaycanda 1993-cü ildən bəri media sahəsində həyata keçirilən dövlət siyasətindən söhbət açaraq, bildirdi ki, onun siyasətini mətbuatın saflığının qorunmasına, jurnalistikamızın mütərəqqi ənənələrinin bərqərar olmasına yönəlib. Medianın müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsi kimi tədbirlər nəticə etibarilə bu niyyətin reallaşmasını nəzərdə tutub.
Bu gün Azərbaycan mətbuatı ölkənin ictimai fikir tarixində üzərinə düşən missiyanı yerinə yetirir. Azərbaycanda KİV-ə davamlı, məqsədyönlü yardım mexanizmi mövcuddur və "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin nkişafına Dövlət Dəstəyi Konsepsiyası"ında əksini tapıb. Konsepsiyada dövlət dəstəyinin forma və prinsipləri, ehtiva etdiyi konkret istiqamətlər çox dəqiq göstərilib. Hazırda qarşıda duran vəzifə sənədə uyğun həyata keçirilir. Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu məhz bunun üçün formalaşdırılıb. Fond jurnalist təşkilatları və KİV-lər üçün müxtəlif mövzulara dair layihə müsabiqələri elan edir, qalibləri müəyyənləşdirir və onlara məqsədyönlü yardımlar ayırır. Mətbuatda xüsusi xidmətləri ilə fərqlənən jurnalistlər dövlət tərəfindən fəxri adlara təltif olunur və fəxri mükafatlara layiq görülür.
Tədbirdə çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirdi ki, dövlətimiz mətbuata öz himayəsini əsirgəmir. Ötən ay Azərbaycan Prezidenti İlham Əliyev cənablarının mətbuatımızın 135 illiyi ilə imzaladığı Sərəncam buna əsas verir. Müasir dövrün informasiya texnologiyaları əsri olduğunu diqqətə çatdıran H.Babaoğlu bildirdi ki, bu gün hansı ölkə informasiya bolluğuna malikdirsə, o, varlı dövlət kimi qəbul olunur. Bu gün müstəqil mətbuatımızın daha da inkişaf etməsinə nail olmalıyıq. Azərbaycanda yazılı və elektron KİV-lərin geniş şəbəkəsinin formalaşması və fəaliyyət göstərməsi cəmiyyətin demokratik dəyərlərə hörmətlə yanaşmasının ifadəsidir.
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev tədbirdə çıxış edərək bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev cənabları mətbuatımızın 135 illiyi münasibətilə Sərəncam imzalayıb. Bununla əlaqədar olaraq, mütəmadi tədbirlər keçirilib.Bugünkü tədbir isə onun davamıdır. O, milli mətbuatımızın inikişafını ulu öndər Heydər Əliyevlə bağıllığını bildirdi. B.Quliyev 1875-ci ildə Həsən bəy Zərdabinin rəhbərliyi ilə "Əkinçi" qəzetinin yaranması ilə Azərbaycan milli mətbuatının əsasının qoyulduğunu bildirdi. Qeyd etdi ki, milli mətbuatımızın yaranması və onun keçmiş olduğu şərəfli tarixi yol Azərbaycan mətbuatının bugünü və gələcəyi üçün böyük örnəkdir. B.Quliyev dedi ki, "Əkinçi" qəzeti Azərbaycan xalqının milli kimliyinin və tarixi dəyərlərinin, eyni zamanda, dilimizin qorunub-saxlanmasında böyük rol oynamışdır. Bu baxımdan da, müstəqilliyə qədər olan dövr Azərbaycanda milli mətbuatın adı ilə bağlıdır. Çünki Azərbaycan mətbuatı öz üzərinə düşən vəzifəni həmişə böyük şərəflə yerinə yetirməyə çalışıb. Ölkəmizin ikinci dəfə öz milli müstəqilliyinə qovuşduğu dövrlərin ilk illərində də mətbuatımız böyük təlatümlər və çətinliklər yaşamaqda idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev, bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına da böyük diqqət və qayğı ilə yanaşırdı. Elə bu məqsədlə də ulu öndərimiz Heydər Əliyev tərəfindən dəfələrlə mətbuat işçilərinə müxtəlif yardımların edilməsi, redaksiyaların maddi-texniki bazalarının formalaşdırılması, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dondurularaq, sonradan ləğv edilməsi ayrı-ayrı vaxtlarda ölkənin aparıcı media nümayəndələrini qəbul etməsi Azərbaycan mətbuatının bugünkü inkişafını və gələcək perspektivini təmin etmişdir. Eyni zamanda, ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də Azərbaycan mətbuatına böyük diqqət və qayğı davam etməkdədir. Mətbuatın inkişafı, söz azadlığının təmin edilməsi və qəzet redaksiyalarının texniki təchizatının təmin edilməsi ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin birbaşa səyi nəticəsində KİV-lərə birdəfəlik yardımların edilməsi və ən nəhayət, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və milli mətbuatın 135 illik yubileyinin qeyd olunması barədə Sərəncamı ölkəmizdə mətbuatın imkanlarını daha da genişləndirmişdi.
Tədbirdə çıxış edən "Bələdiyyə həyatı" qəzetinin baş redaktoru Məzahir Həsənov və başqaları mətbuatımızın keçdiyi 135 illik şərəfli yolundan söz açaraq, mətbuat işçilərini təbrik etdilər. Sonda rayonun fəaliyyətini işıqlandırılmasında xüsusi fəallıq göstərən müxtəlif KİV işçilərinə hədiyyələr təqdim olundu.

Digər xəbərlər