PDF Oxu

Sosial

  • 10

"Ekoloji Nümunəvi Gəmi" və "Ekoloji Nümunəvi Sahil Obyekti" müsabiqəsinin qalibləri müəyyənləşib

"Ekoloji Nümunəvi Gəmi" və "Ekoloji Nümunəvi Sahil Obyekti" müsabiqəsinin qalibləri müəyyənləşib
"Dövlət Neft Şirkətinin (ARDNŞ) müəssisələrində təbiəti mühafizə tədbirlərinin tətbiqi" üzrə müsabiqənin keçirilməsi ilə əlaqədar müvafiq qaydalar təsdiq olunub və şirkətin strukturlarına göndərilib. Bu barədə SİA-ya qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Xəzər Dəniz Neft Donanmasının (XDND) müsabiqəyə təqdim etdiyi "Ekoloji Nümunəvi Gəmi" və "Ekoloji Nümunəvi Sahil Obyekti" layihəsi üzrə tədbir keçirilib. Tədbirdə ARDNŞ-nin Ekologiya üzrə vitse-prezidenti Soltan Əliyev, Ekologiya İdarəsinin rəisi Azər Əliyev və bir sıra müəssisələrin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan XDND-nin rəisi Mübariz Mədətov ARDNŞ-nin ekoloji sahədə həyat keçirdiyi bu tipli layihələrin əhəmiyyətindən danışıb. Daha sonra XDND-nin ekoloji fəaliyyəti haqqında təqdimat olub. Tədbir iştirakçılarına XDND-də keçirilən "Ekoloji Nümunəvi Gəmi" və "Ekoloji Nümunəvi Sahil Obyekti" müsabiqəsi ilə əlaqədar geniş məlumat verilib. Daha sonra ARDNŞ-nin Ekologiya üzrə vitse-prezidenti Soltan Əliyev çıxış edərək tədbirin əhəmiyyətindən söz açmış və belə layihələrin təkcə "2010 Ekologiya İli" çərçivəsində deyil, mütəmadi olaraq keçirilməsinin zəruriliyini vurğulayıb. Vitse-prezident XDND-də keçirilən ekoloji layihəni yüksək qiymətləndirib və bunun ARDNŞ-nin digər müəssisələri üçün nümunə olacağına əmin olduğunu bildirib.
Müsabiqədə "Ekoloji Nümunəvi Gəmi" nominasiyası üzrə birinci yeri "General Əsədov" və "Geofizik-1", ikinci yeri "Abşeron Rayon Dəniz Neft Donanma İdarəsi"nin "PSK-51" gəmisi, üçüncü yeri isə "Cənub Rayon Neft Donanma İdarəsi"nin "MPK-452" gəmisi tutub. "Ekoloji Nümunəvi Sahil Obyekti" nominasiyası üzrə birinci yeri "Gəmi Təmiri Zavodu"nun "Gövdə-Qaynaq" sexi, ikinci yeri "İxtisaslaşdırılmış Dəniz Neft Donanma İdarəsi"nin "Gəmilərin Xilasetmə Vasitələrinin Təmiri" sexi, üçüncü yeri isə "Cənub Rayon Dəniz Neft Donanma İdarəsi"nin "Şimal" körpüsü tutub. Müsabiqənin qalibləri diplomlarla təltif olunub və hədiyyələrlə mükafatlandırılıblar.

Digər xəbərlər