PDF Oxu

Sosial

  • 5

Dövlət Neft Şirkəti ilə "BP-Azerbaijan" şirkəti arasında saziş imzalanıb

Dövlət Neft Şirkəti ilə "BP-Azerbaijan" şirkəti arasında saziş imzalanıb
Böyük Britaniyanın BP şirkətinin prezidenti Toni Heyvardın Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və "BP-Azerbaijan" şirkəti arasında "Şəfəq" və "Asiman" perspektiv strukturlarında birgə kəşfiyyatın aparılması üçün müqavilənin hazırlanmasına dair "Sazişin Əsas Prinsipləri" adlı sənəd imzalanıb. SİA-nın verdiyi xəbərə görə, sənəd "Şəfəq" və "Asiman" dəniz blokları üçün Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) əsas kommersiya prinsiplərini müəyyən edir. Sazişi ARDNŞ prezidenti Rövnəq Abdullayev və "BP-Azerbaijan" şirkətinin prezidenti Rəşid Cavanşir imzalayıblar. Sənədlə bağlı jurnalistlərə açıqlama verən ARDNŞ prezidenti Rövnəq Abdullayev ötən il Londonda "Asiman" yatağının işlənməsi ilə bağlı imzalanan memerondumu xatırladaraq bildirib ki, bir ilə yaxındır ki, Şirkətlə BP mütəxəsisi arasında ilə iş aparılıb. Onun sözlərinə görə, iki şirkət arasında imzalan sənəd məhz həmin iş prinsiplərinin nıticəsi əsasənda imzalanıb. İmzalanan sənəd əsasında bütün kommersiya prinsipləri razılşdırılsa da bununla bağlı mexaniki işlər qalmaqdadır. O vurğulayıb ki, imzalanan sənəd əsasında konktrakt hazırlanacaq. "Saziş 30 il müddətinə imzalanıb (daha 5 il uzatma şərti ilə). Sazişə əsasən "Şəfəq" və "Asiman" perspektiv strukturlarında 4 il müddətində (daha 3 il uzatma şərti ilə) iki quyu qazılacaq ki, BP və ARDNŞ burada bərabər payla çıxış edəcək. Buna baxmayaraq, bütün kəşfiyyat işlərinin xərcləri BP tərəfindən ödəniləcək. Geoloqların fikrincə "Şəfəq" və "Asiman" perspektiv strukturlarındakı qaz ehtiyatları 300-500 mlrd. kubmetr təşkil edir", - deyə o qeyd edib.

Digər xəbərlər