PDF Oxu

Sosial

  • 5

BMT-nin nümayəndəsi Azərbaycan Diplomatik Akademiyasında məruzə ilə çıxış edib

BMT-nin nümayəndəsi Azərbaycan Diplomatik Akademiyasında məruzə ilə çıxış edib
Ölkəmizdə səfərdə olan BMT-nin Sənayenin İnkişafı Təşkilatının baş direktoru Kandeh Yumkella dünən Azərbaycan Diplomatik Akademiyasında dünyanın inkişaf meyillərinə dair məruzə ilə çıxış edib. K.Yumkella məruzəsində dünyada enerjiyə olan tələbatın durmadan yüksəldiyini, Yer kürəsi, xüsusən də Afrika və Asiya qitələrinin əhalisinin sürətlə artdığını vurğulamışdır. BMT rəsmisi qeyd etmişdir ki, 2030-cu ilədək dünya üzrə enerjiyə tələbat 40-45 faiz artacaqdır. Eyni zamanda, Afrika qitəsinin əhalisinin sayı indiki 1 milyarddan 1,3 milyardadək çoxalacaqdır. Baş direktor yaranan yeni şəraitdə enerji resurslarından səmərəli istifadənin və su ehtiyatlarının düzgün paylanmasının ən vacib amillər olduğunu demişdir. Azərbaycanın inkişafı barədə danışan K.Yumkella, ölkəmizin dünya enerji bazarına verdiyi töhfəni və rəsmi Bakının Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə qoşulduğunu vurğulamışdır. Onun sözlərinə görə, Azərbaycanın bu nailiyyətlərindən digər ölkələr də faydalana bilər.

Digər xəbərlər