PDF Oxu

Sosial

  • 17

"AŞ-da insan haqları probleminə "siyasi məhbus" donu geyindirilməsi və Azərbaycana şamil edib onu təziq altında saxlamaq düzgün deyil"

"AŞ-da insan haqları probleminə "siyasi məhbus" donu geyindirilməsi və Azərbaycana şamil edib onu təziq altında saxlamaq düzgün deyil"
"AŞPA-da "siyasi məhbus"la bağlı Azərbaycana məruzəçinin təyin olunması ilə və bu məsələni yalnız Azərbaycana yönəltməklə düzgün hərəkət etmir". SİA-nın xəbərinə görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov jurnalistlərə verdiyi açıqlamasında bildirib. Onun sözlərinə görə, insan haqları ilə bağlı problemlər bütün Avropa Şurası ölkələrində mövcuddur.
O qeyd edib ki, insan haqları probleminə "siyasi məhbus" donu geyindirilməsi və bir ölkəyə şamil edib onu təziq altında saxlamaq heç də düzgün deyil: "İnsan haqları problemi bütün AŞ dövlətlərində təhlil olunub və öyrənilməlidir. Terminin özünun təhlili özü göstərir ki, siyasi məhbus termini heç tədqiq olunmayıb və tam dərk olunmayıb. Ona görə bu sessiyada biz bəzi həqiqətləri təsdiq etdik. Həqiqət bundan ibarətdir: Azərbaycan seçdiyi inkişaf yolu düzgündür. AŞ Azərbaycan münasibətləri iki tərəfli hörmət qarşısında formalaşan bir məsələdir və bu istiqamtədə atılan addımlar bizim üçün vacib və əhəmiyyətlidir. Bu nöqteyi-nəzərdən Andres Herkelin əvəzində yeni təyin olunan məruzəçi İspaniyadan olan Pedru Arquman hesab edirəm ki, fəaliyyətdə olan Debona Qrexlə Azərbaycanda gedən məsələləri daha obyektiv, daha açıq və Avropa Azərbaycan münasibətlərini inkişaf etdirmək istiqamətində təhlilini aparacaq və bizim münasibətlərimizi yeni mərhələyə qaldıracaq".
AŞPA-nın yay sessiyasını Azərbaycan üçün vacib və uğurlu olduğunu bildirən S.Seyidov müzakirələr zamanı Azərbaycanla bağlı qərəzli, subyektiv reallığı əks etdirməyən məsələlərin gündəmə gəldiyini bildirib: "Azərbaycan və AŞPA münasibətləri inkişaf edir. Müzakirələrdə tənqidi məqamlar mövcud idi. Biz heç bir tənqiddən qorxmuruq və həmin məqamları təhlil edirik. Tənqid obyektiv və reallığı əks etdirirsə, bu tənqiddən nəticə çixarıb məsələləri həll etməyə çağırırıq. Ancaq bəzi hallarda tənqid qeyri-obyektiv, qərəzli mövqe də olur. Belə ki, erməni nümayəndə heyətinin çıxışlarında Azərbaycanla bağlı qərəzli subyektiv və reallığı əks etdirməyən və ümumiyyətlə, heç bir əsası olmayan məsələləri ortaya qoydular. Bu isə Azərbaycan nümayəndə heyəti tərəfindən kəskin reaksiya ilə qarşılandı. Eyni şəkildə Fransadan bir millət vəkili Dağlıq Qarabağda qeyri-qanuni seçkilərdə iştirak etdiyi halda Azərbaycan nümayəndə heyətinin kəskin etirazına səbəb oldu və öz münasibətini bildirdi və konkret olaraq bu istiqamətdə biz münasibətimizi bildiririk".
S.Seyidov həmçinin AŞPA-nın yay sessiyası zamanı Azərbaycan və Ermənistan nümayəndə heyətinin görüş keçirdiyini və təklif olunan məsələlərdə erməni tərəfinin növbəti dəfə qeyri-konstruktiv mövqedə durduqlarını bildirdi: "Azərbaycan və Ermənistan nümayəndələri ilə görüş zamanı Azərbaycan tərəfinin bütün konstruktiv mövqe tutuduğunu ortaya qoydu. Belə ki, Azərbaycan nümayəndə heyəti tərəfindən təklif olundu ki, Dağlıq Qarabağdan olan iki icmanın nümayəndələri AŞ çərçivəsində görüşü təşkil edilsin. Lakin erməni tərəfi yenədə qeyri-konstruktivliyini ortaya qoydu".

Digər xəbərlər