PDF Oxu

Sosial

  • 14

Azərbaycan mətbuatının yüksək inkişafı göz önündədir

Azərbaycan mətbuatının yüksək inkişafı göz önündədir

Ulu Öndər Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycan Milli Mətbuatının 135 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncam mətbuat işçiləri tərəfindən yüksək dəyərləndirilir və mətbuata olan növbəti diqqət və qayğının təzahürü kimi qiymətləndirilir.

"Ədalət" qəzetinin baş redaktoru,
İradə Tuncay:

- Tarix boyu mətbuat xalqın taleyüklü məsələlərini qabardıb, ölkədə baş verən hadisələrdən yazıb. Azərbaycan mətbuatına olan qayğı Azərbaycan dövlətinə olan qayğıdır. Mətbuatı xalqdan ayırmaq olmur.
Bu gün milli mətbuatımızın çox geniş imkanları var. Mətbuatın maddi bazası möhkəmləndirilib, KİV-lərin sərbəst fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Artıq milli mətbuatımız dünya mətbuatı ilə eyni səviyyədədir.
Mən Azərbaycan mətbuatını din kimi qəbul edirəm. Çünki dini dünyagörüşü həmişə əxlaqımızın formalaşmasına kömək edib. Hər birimiz vicdanla Azərbaycan xalqına xidmət edirik. Prezident İlham Əliyevin Azərbaycan mətbuatına olan diqqət və qayğısını alqışlayırıq. Bu diqqətə görə, Ona minnətdarlığımızı bildiririk.

"Bizim yol" qəzetinin baş redaktoru,
Bahəddin Həziyev:

- Mətbuatın 135 illiyi ilə bağlı olaraq Prezident İlham Əliyevin imzaladığı Sərəncamı yüksək qiymətləndirirəm. Bu Sərəncam söz və mətbuat azadlığının inkişafı üçün lazım olan dövlət iradəsinin ifadəsi olaraq həyata keçiriləcək. Dövlət başçısı xoş məramını bildirib. Sərəncamın icrası ilə bağlı Prezident Administrasiyasının rəhbəri xüsusi plan imzalayıb. İstənilən halda, Sərəncamı mətbuatımızın inkişafına töhfə verə biləcək mühüm sənəd sayıram.

Digər xəbərlər