PDF Oxu

Sosial

  • 14

Sosial bazası olmayan müxalifətin "yeni obrazı" yaranır

Sosial bazası olmayan müxalifətin "yeni obrazı" yaranır
Son vaxtlar müxalifət düşərgəsində radikalların parlament seçkilərinə "yeni birlik"lə qatılacaqları səslənir. Məsələyə münasibət bildirən millət vəkili Tahir Süleymanov "Səs" qəzetinə açıqlamasında bir sıra müxalifət partiyalarının, bir qayda olaraq, ölkədə keçirilən bu və ya digər seçkilər ərəfəsində Azərbaycandakı siyasi sabitliyi məqsədli şəkildə gərginləşdirməyə çalışdıqlarını bildirdi. T.Süleymanov müxalifətin parlament seçkilərində birgə iştirak niyyəti və bunun hakim Yeni Azərbaycan Partiyası üçün təhlükə yaradıb-yaratmayacağı məsələsinə də aydınlıq gətirərək, söylədi ki, istər parlament, istərsə də, bundan sonrakı hər hansı seçkilərdə müxlifətin hansı formada iştirakından asılı olmayaraq, seçkinin qalibi Yeni Azərbaycan Partiyası olacaq: "Hər bir aksiya keçirmək siyasi və ictimai təşkilatların konstitusiya hüququdur. Ona görə də, hər bir təşkilat bu məsələdən özünün məqbul bildiyi formada istifadə edə bilər. Ancaq bir məsələ var ki, Azərbaycan müxalifəti, bir qayda olaraq, vəziyyəti gərginləşdirmək və ya özünün mövcudluğunu yada salmaq istədikdə, kütləvi aksiyalara üstünlük verir. Ancaq nədənsə onlar bunun qanuni yolları deyil, qeyri-qanuni yolları və daha çox qanun pozuntusuna aparan formalarına üstünlük verməyə çalışırlar. Bütün dünyada kütləvi aksiyalar, mitinqlər onlar üçün ayrılmış xüsusi yerlərdə keçirilir. T.Süleymanov parlament seçkiləri ərəfəsində ölkədəki ictimai-siyasi mühit ilə də bağlı fikirlərini bildirdi: "Doğrudur, bir sıra müxalifət partiyaları seçkilərin qeyri-demokratik keçirilməsi ilə bağlı heç bir fakta əsaslanmayan fikirlər söyləyirlər. İkinci bir tərəfdən isə, hüquqlarının pozulması barədə fikir bildirmək və həmin fikrin mətbuat səhifələrində öz əksini tapması, onu deməyə əsas verir ki, heç bir hüquq pozulmur. Göründüyü kimi, özləri bununla öz yalanlarını üzə çıxarırlar. Hesab edirəm ki, ölkədə seçkiqabağı mühit konstitusiya və Seçki Məcəlləsinə uyğundur. Hələlik, seçki prosesi rəsmən başlamayıb və ona görə də ümumən seçki prosesi haqqında danışmaq olmaz. Ancaq qanun siyasi partiya daxilində, mətbuat səhifələrində seçki ilə bağlı müəyyən hazırlıq aparmaq, fikir bildirməyi qadağan etmir. Bu gün hər bir siyasi qüvvə öz potensialına və sosial bazasına uyğun olaraq seçkiyə hazırlıq işini görür. Yeni Azərbaycan Partiyası yerli təşkilatlarının sıralarına bir daha baxış keçirir, hazırlığı yoxlayır, öz taktikasını müəyyənləşdirir. Eyni zamanda, digər qüvvələrdən də bunu etməsini istəyir. Ancaq müxalifətin müəyyən dairələrinin gücü, sosial bazası olmadığına görə, onlar Yeni Azərbaycan Partiyasının etdiyini öz sıralarında həyata keçirə bilmirlər. Çıxış yolunu isə qəzet səhifələrində özləri haqqında "yeni obraz yaratmağa" sərf edirlər". Millət vəkili parlament seçkilərində müxalifətin daha çox qatılması ilə bağlı məsələyə də aydınlıq gətirərək, bildirdi ki, bu heç nəyi dəyişməyəcək: "Çünki onlar kiçik partiyalar olduğuna görə, həmin partiyaların nə təklikdə, nə də birlikdə uğur qazanması gözlənilən deyil. Hesab etmirəm ki, müxalifət parlament seçkilərində, nəinki uğur qazanacaq, heç 2005-ci ildə əldə etdiyi nəticələri də təkrarlaya bilməyəcək".

Digər xəbərlər