PDF Oxu

Sosial

  • 8

"Azərbaycan əcnəbilər üçün cəlbedici ölkəyə çevrilib"

"Azərbaycan əcnəbilər üçün cəlbedici ölkəyə çevrilib"
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Baş Qərargahının Avropa üzrə Regional Bürosunun rəis müavini Azərbaycanın əcnəbilər üçün cəlbedici ölkəyə çevirildiyini deyib. Dövlət Miqrasiya Xidmətinin yaydığı məlumata görə, dünən Xidmətin rəisi Arzu Rəhimov Ouillermo Bettoçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Ouillermo Bettoçi Azərbaycana müxtəlif məqsədlərlə gələn əcnəbilərlə münasibətlərin milli qanunvericiliyin tələbləri baxımından həllini təqdir edərək, qaçqın statusunun alınması məqsədilə müraciət edənlərin də diqqətdə saxlanılmasının zəruriliyini bildirib. Xidmət rəisi Arzu Rəhimov rəhbəri olduğu qurumda qaçqın statusunun müəyyənləşdirilməsi məsələlərinin yüksək səviyyədə tənzimləndiyini diqqətə çatdırıb. O bildirib ki, son illər Azərbaycanda sosial-iqtisadi sferalarda uğurla aparılan islahatlar ölkəmizin sürətli inkişafına və buraya gələn əcnəbilərin sayının artmasına səbəb olub. DMX rəisi qeyd edib ki, ölkədə miqrasiya sahəsində qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, sabit sosial-iqtisadi, demoqrafik inkişafın təmin edilməsi, əmək ehtiyatlarından səmərəli istifadə olunması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması ilə bağlı dövlət siyasətinin həyata keçirilməsi üçün geniş imkanlar yaradılıb.

Digər xəbərlər