PDF Oxu

Sosial

  • 8

ABŞ Konqresi "erməni soyqırımı" ilə bağlı qətnaməni müzakirə etməyəcək

ABŞ Konqresi "erməni soyqırımı" ilə bağlı qətnaməni müzakirə etməyəcək
ABŞ Konqresi "erməni soyqırımı" ilə bağlı qətnaməni müzakirə etməyəcək. Bunu ABŞ Prezidenti Barak Obama və dövlət katibi Hillari Klinton bəyan ediblər. Barak Obama Administrasiyası Birinci Dünya müharibəsi illərində uydurma "erməni soyqırımı" haqqında qətnamənin Konqresdə müzakirəsinin qarşısını almağa çalışacağını bildirib. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qəbul olunmuş qondarma "erməni soyqırımı" qətnaməsi ABŞ Konqresində səsə qoyulmayacaq. Bununla bağlı Barak Obama Administrasiyası ilə ABŞ Konqresi arasında razılıq əldə olunub.
Ağ Ev rəsmisinin sözlərinə görə, qətnamənin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qəbul olunmasına baxmayaraq, qanun layihəsi sonrakı mərhələlərdə qəbul edilməyəcək. Qvatemalada səfərdə olan dövlət katibi Hillari Klinton növbəti dəfə bu məsələ ilə bağlı bəyanatla çıxış edib. Dövlət katibi bildirib ki, bu prosesdə biz Türkiyənin yanındayıq və müstəqil dövlətin fikirlərinə hörmətlə yanaşırıq. Lakin bununla belə martın 5-də Kosta-Rikada dediyim kimi, Barak Obama Administrasiyası cəmi bir səs çoxluğu ilə qəbul edilmiş bu qətnamənin qəti olaraq əleyhinədir.

Digər xəbərlər