PDF Oxu

Sosial

  • 10

Təbii fəlakət bölgələrində tibbi və sanitar qaydalara nəzarət edilir

Təbii fəlakət bölgələrində tibbi və sanitar qaydalara nəzarət edilir
Son dövrlər aramsız yağan yağışlar, Kür və Araz çaylarında bolsululuğun müşahidə olunması ilə əlaqədar respublikanın ayrı-ayrı şəhər və rayonlarında yaranmış mürəkkəb vəziyyətlə bağlı Səhiyyə Nazirliyi tərəfindən tibbi və sanitar qaydalar tam nəzarət edilir. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, bu günə kimi ərazidə məskunlaşmış 4 minə yaxın insan tibbi müayinədən keçmişdir, 150 nəfər hospitallaşdırılmışdır.
Ümumiyyətlə, çadır şəhərciyində 655 azyaşlı uşaq var. Onlardan 33-ü - 0,5 yaş arası, 482 uşaq isə 1-5 və 18 yaş arasındadır. Havaların və çadırların həddən artıq isti olması ilə əlaqədar profilaktik məqsədlərlə nisbətən zəif orqanizmli 22 uşaq yaradılmış tibbi məntəqələrdə yerləşdirilmişlər. 1 uşaq anadangəlmə sepsislə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutuna göndərilmişdir. 1 uşağın üzərində cərrahi əməliyyat aparılmışdır ki, onun da hazırkı vəziyyəti qənaətbəxşdir. Çadırda olan 33 şəkər xəstəsinə özünənəzarət aparatları paylanmış, 6 ruhi xəstə nevroloji şöbələrə yerləşdirilmişdir. Sel və daşqından zərər çəkənlərin məskunlaşdığı yerlərdə infeksion xəstəliklərin yaranmasının və yayılmasının qarşısını almaq məqsədi ilə gigiyena və epidemiologiya mərkəzləri tərəfindən dezinfeksiya işləri də gün ərzində bir necə dəfə aparılır. Fövqəladə vəziyyətlə əlaqədar təcili tibbi yardım maşınları, eləcə də, təhlükə zonasına yaxın rayonların tibb işçiləri də səfərbər olunub.
Kür və Araz çaylarında bolsululuğun müşahidə olunması ilə əlaqədar respublikanın ayrı-ayrı şəhər və rayonlarında yaranmış mürəkkəb vəziyyətlə bağlı olaraq Səhiyyə Nazirliyində xüsusi müşavirə keçiriləndən sonra yerlərdə tələb olunan tibb mütəxəssisləri təbii fəlakətlə üzləşən bütün zonalara cəlb olunub, təcili və təxirəsalınmaz yardım maşınlarının və həkimlərin növbətçiliyi gücləndirilmişdir. Təhlükə yarandığı ilk gündən Respublika Klinik Xəstəxanası, Elmi Cərrahiyyə Mərkəzi, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun hərəsində 2 həkim briqadası yaradılaraq, öncə Sabirabad, Şirvan, Zərdab rayonlarına göndərilib. Terapevt, mama-ginekoloq, kardioloq, nevropatoloq və pediatrlardan ibrət həkim briqadaları təşkil olunub. Hazırda məlum rayonlarda həkim məntəqələri yaradılıb. Həkim məntəqələri və briqadalar kifayət qədər dərman preparatları, tibbi ləvazimatlar və köməkçi materiallarla, hətta ilan zəhərlənməsi əleyhinə zərdablarla da təmin edilib. Ehtiyacı olan xəstələrə qlükometrlər paylanıb. Daşqınlar və sel nəticəsində, ümumilikdə, 20 minə qədər insan, təxminən 4300-dən artıq ailə zərər çəkib. Onların hər biri çadır şəhərciklərində, peşə məktəblərində, orta məktəblərdə və s. məskunlaşmışlar. Çadır şəhərciklərində olan insanlara lazımi tibbi yardımla yanaşı, Səhiyyə Nazirliyi tərəfindən kişi, qadın, uşaq geyimləri, yataq dəstləri və s. verilib. Həkimlərə müraciətlər əsasən ürək, qan təzyiqi və şəkər problemi ilə əlaqədar xüsusən çoxluq təşkil edir. Sel və daşqından zərər çəkənlərin məskunlaşdığı yerlərdə infeksion xəstəliklərin yaranmasının və yayılmasının qarşısını almaq məqsədi ilə gigiyena və epidemiologiya mərkəzləri tərəfindən dezinfeksiya işləri də gün ərzində bir neçə dəfə aparılır. Fövqəladə vəziyyətlə əlaqədar təcili tibbi yardım maşınları, eləcə də, təhlükə zonasına yaxın rayonların tibb işçiləri də səfərbər olunub.
Nazirlik tərəfindən tibbi və sanitar qaydalar tam nəzarətdə saxlanır və bu qayda olaraq təhlükə aradan qalxanadək davam edəcək.

Digər xəbərlər