"Ermənistan Yenilənmiş Madrid Prinsiplərinə nə hə deyir, ya yox"
"Ermənistan Yenilənmiş Madrid Prinsipləri ilə bağlı dəqiq mövqe ortaya qoymur". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün keçirdiyi mətbuat konfransında deyib. Ermənistanın sözügedən prinsiplərlə bağlı dəqiq mövqe nümayiş etdirmədiyini söyləyən Azərbaycan xarici siyasət idarəsinin başçısı bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan tərəfi ilə bu istiqamətdə danışıqlar aparır. O, iyunun 5-də keçiriləcək Venesiya Komissiyasının yubileyində bu məsələnin müzakirə olunacağını bildirib.Ermənistanın müdafiə naziri Seyran Ohanyanın açıqlamasına da münasibət bildirən xarici işlər naziri qeyd edib ki, Ohanyan müdafiə naziridir, məsələnin həlli ilə isə ölkə prezidentləri və xarici işlər nazirləri məşğul olur.