Prezidentin Sərəncamı uşaq tibb müəssisələrinin maddi-texniki bazasının artmasına və təkmilləşməsinə təsirini göstərəcək
Uşaqların sağlamlığının qorunması dövlətin fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğundan daim diqqətdə saxlanılır. Son illərdə bu istiqamətdə görülən işlər sağlam insanların yetişəməsində müstəsna rol oynamaqdadır.
İlham Əliyev cənablar tərəfindən ötən ilin "Uşaq ili" elan olunması və il ərzində uşaqlara xüsusi olaraq diqqətin ayrılması gələcək nəslin nümayəndəsinə çevriləcək uşaqların fiziki, əqli sağlamlığının və intellekt səviyyəsinini yüksəlməsində mühüm rola malikdir. Bütün bunlar dövlətin gələcək inkişafına yönəlmiş addım kimi dəyərləndirilir. Bu günlərdə Prezidentin Sərəncamı əsasında uşaq xəstəxanasının təmir və müasir avadanlıqlarla təchizi edilməsi uşaqlara göstərilən diqqətin davamıdır. Azərbaycanda sağlamlığının qorunması sahəsində tibbi xidmətlərin daha yüksək səviyyədə qurulmasını təmin etmək məqsədi ilə Prezidentin Sərəncamı əsasında xəstəxanaların əsaslı təmir və müasir avadanlıqla təchiz edilməsi üçün dövlət büdcəsini hesabına həyata keçirilir. Respublika xəstəxanalarının maddi-texniki bazasının gücləndirilməsi əhalinin müasir bir şəraitdə müayinə və müalicəsinə təsirini göstərməkdədir. Respublika xəstəxanalarının əsaslı təmir və müasir avadanlıqla təchiz edilməsi ilə bağlı Nərimanov rayon 7 saylı uşaq-yoluxucu xəstəxanasının baş həkimi Məhəbbət İbrahimova fikirlərini belə bildirdi: "Müasir dövrümüzdə dövlət tərəfindən tibb işçilərinin rahat və yüksək səviyyədə xidmət göstərilir, xəstələrin müayinə və müalicəsinə diqqət yetirilir. Məlum olduğu kimi paytaxtımızda, eləcə də, Azərbaycanın regionlarında müasir təlabatlara cavab verən tibb müəsisələri inşa olunaraq istifadəyə verilir. Bildiyiniz kimi, bu tibb müəssisələrinin təmir, bərpa və inşasında Heydər Əliyev Fondunun da rolu müstəsnadır. Azərbaycanda inşa olunan və təmir edilən tibb müəssisələri bu sahədə aparılan uğurlu işlərin təzahürüdür. Artıq hər bir rayonda belə, gözəl tibb ocaqları mövcuddur. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ölkəmizdə həyata keçirilən bir çox irimiqyaslı layihələrə dəstək vermişdir. Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa olunmuş Talassemiya Mərkəzi müasir avadanlıqla təchiz edilmişdir. Bununla yanaşı, respublikamızda analoqu olmayan Psixonevroloji Uşaq Evinin binası müasir tələblərə cavab verən bir səviyyədə qurulmuşdur. Bildiyiniz kimi, müəssisədəki mövcud şərait uşaqların təlim-tərbiyəsinə tam cavab vermirdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəfələrlə bu müəssisədə olması, tibbi bərpa və təlim-tərbiyə prosesləri ilə yaxından maraqlanması, Psixonevroloji Uşaq Evinin yeni, müasir standartlara uyğun bina ilə təmin edilməsinə şərait yaratmışdı.
Prezidentin bu günlərdəki məlum Sərəncamı xəstəxananın işçiləri tərəfindən sevinclə qarşılandı. 80 il bundan əvvəl bizim xəstəxana fəaliyyətdədir. Bizim xəstəxana respublikada yeganə uşaq infeksion müəssisədir. Düzdür, Azərbaycandakı xəstəxanaların nəzdində infeksion şöbələr fəaliyyətdədir. Amma bizim xəstəxana kimi geniş imkanlara malik deyillər. Bizim xəstəxanada reanimasiya, mədə-bağrsaq, hepatit kimi şöbələr var. Uşaqlarda ən çox təsadüf olunan xəstəlik mədə-bağırsala bağlı olur. Bu yaxınlarda bütün dünyanı bürümüş qorxunc xəstəlik olan H1N1 virusuna Azərbaycanda da təsadüf edildi. Bu xəstələr sırasında uşaqlar da var idi və onlar bizim xəstəxanaya müraciət etmişdilər. 18 yaşına qədər olan uşaqlar bizim xəstəxanada müayinə olunurdu. Dünyada uşaqlar bu xəstəlikdən dünyasını dəyişsələr də, sevindirici haldır ki, biz bunun qarşısını ala bildik. Salyan rayonun Dalyalı kəndindən olan "quş qripi"nə tutulmuş bir uşağı biz tam müalicə etdik. Ümumdünya Səhiyyə Təşkilatından nümayəndələr bizim xəstəxanaya gəlmişdilər və onlar müalicənin gedişatı ilə tanış olarkən, şoka düşdülər ki, bu xəstə necə müalicə olunub? Bu, onu göstərir ki, xəstəxanamızda çox savadlı tibbi mütəxəssislərimiz var. H1N1 virusuna yoluxmuş 8 nəfər xəstə bizə müraciət etdi və hər biri də tam müalicə olundular. Xaricdən gələn vətəndaşlarımız çox narahat halda bizə müraciət etdilər. Tibbi xidmətin yüksək səviyyədə qurulması cəmiyyətin sağlamlığına müsbət təsirini göstərir. Xüsusilə də, uşaq tibb müəssisələrində tibbi xidmətin yüksək olması mahiyyət daşıyır. Bütün bu nailiyyətlər dövlətin Azərbaycan səhiyyəsinə göstərdiyi diqqətin təcəssümüdür. Bu diqqət və qayğı müasir həyatımızda İlham Əliyev cənabları tərəfindən həyata keçirilir. Əsası Heydər Əliyev tərəfindən qoyulan təməl İlham Əliyevin məqsədyönlü fəaliyyətində davam etdirilir. Müstəqilliyimizin ilk illərində Azərbaycanda olan vəziyyət hər kəsin yaddaşındadır. O hərc-mərcliyə məhz ümummilli lider son qoydu. Belə bir vəziyyətdə hansı layihələrdən, sazişlərdən, müqavilələrdən daqışmaq olardı. Heydər Əliyevin uzaqgörənliyi Azərbaycanı düşdüyü bu vəziyyətdən çıxartdı.
Bu gün görülən işlər Heydər Əliyevin qoyduğu təməl əsasında davam etdirilir. Bir səhiyyə işçisi kimi, Prezidentin bu sahəyə ayırdığı diqqətə görə Ona minnətdarlığımı bildirirəm. Azərbaycanda tibb müəssisələri yüksək səviyyədə, dünya standartlarına cavab verən bir şəkildə qurulur. Prezidentin bu Sərəncamı isə uşaq tibb müəssisələrinin maddi-texniki bazasının artmasına və təkmilləşməsinə müsbət təsirini göstərəcək."