PDF Oxu

Sosial

  • 8

"Kütləvi informasiya vasitələrində müəlliflik hüququ: problemlər və həlli yolları"

"Kütləvi informasiya vasitələrində müəlliflik hüququ: problemlər və həlli yolları"

Dünən "Kütləvi informasiya vasitələrində müəlliflik hüququ: problemlər və həlli yolları" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Mətbuat Şurası (MŞ) və Müəllif Hüquqları Agentliyi tərəfindən təşkil olunan tədbirdə mətbuatda müəlliflik hüququna və informasiya hüququna riayət edilməsi sahəsində yaranan problemlər, onların aradan qaldırılması istiqamətində əməkdaşlığın artırılması yolları müzakirə edilib.

Tədbirə KİV rəhbərləri, millət vəkilləri və bir sıra media ekspertləri qatılıb.
Kütləvi İnformasiya Vasitələrinin (KİV) müəllif hüququ və informasiya sisteminin subyektlərindən biri olduğunu deyən Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib ki, müəllif-hüquq obyektləri informasiyanın müəyyən növü olmaqla, informasiyadan, xüsusən ilkin informasiyadan ciddi şəkildə fərqlənir. O, müəlliflik hüququnun obyektlərindən fərqli olaraq, bu cür informasiyada yaradıcılıq əlamətinin olmadığını deyib.
Agentlik rəhbəri qeyd edib ki, mətbuat hüquqlarının ən çox pozulduğu sahələrdən biridir. K.İmanov bu baxımdan mətbuatda hüquqi maarifləndirməyə xüsusi ehtiyac yarandığını vurğulayıb: "Mütəxəssislərin hesablamalarına görə, internet-nəşrlərin təxminən 30% faizi günün yeniliklərini yaradır, qalan 70 faiz isə onları köçürməklə məşğuldur. Əgər internet şəbəkəsində fonoqram istehsalçılarının hüquqları bir qayda olaraq, adi vətəndaşlar tərəfindən pozulursa, internet-nəşrlərinin hüquqları isə şəbəkədə elə internet-nəşrləri tərəfindən pozulur".
Daha sonra çıxış edən MŞ-nin sədri Əflatun Amaşov ilk növbədə Azərbaycan mətbuatının müəlliflik hüquqları ilə bağlı informasiyaya malik olmasının vacibliyini dilə gətirib: "Azərbaycan mətbuatı bu sahədə kifayət qədər məlumata sahib deyil. Jurnalistlərin müəllif hüquqları ilə bağlı dolğun məlumat almasına çalışmaq lazımdır. Araşdırmaq lazımdır ki, jurnalistlər nəyin müəllif hüququna aid olduğunu, yaxud hansı əsərin ictimai məhsul olduğunu bilirlərmi? Azərbaycan mətbuatında bu sahədə də xeyli problem var. Azərbaycan mətbuatı inkişaf edir və bu baxımdan müəlliflik hüquqları ilə bağlı problemlər də həllini tapmalıdır. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev çıxışında müəllifl hüquqlarının təkcə humanitar deyil, həm də əmtəə xarakterli olduğunu söyləyib. Cəmiyyətdə müəlliflik hüquqları ilə bağlı məlumatın az olduğunu qeyd edən V.Əliyev bildirib ki, buna görə də maarifləndirmə işlərinin artırılmasına ehtiyac var. O, ermənilərin də təkcə torpaqlarımızı deyil, həm də intellektual sərvətlərimizi ələ keçirməyə çalışdıqlarını vurğulayıb.
K.İmanovun "KİV və müəlliflik hüququ: imkanlar və problemlər" mövzusundakı məruzəsi ilə tədbir davam etdirilib. Məruzədən sonra iştirakçılar mövzu ətrafında fikir mübadilələri aparıblar.

Digər xəbərlər