PDF Oxu

Sosial

  • 11

Sabirabadın təbii fəlakət bölgəsindən köçürülmüş əhalisi doğma kəndlərinə qayıdır

Sabirabadın təbii fəlakət bölgəsindən köçürülmüş əhalisi doğma kəndlərinə qayıdır
Sabirabadın təbii fəlakət bölgəsindən köçürülmüş əhalisi doğma kəndlərinə qayıdır. Bu barədə təbii fəlakət bölgəsində işləyən jurnalistlərə müsahibəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib. Nazir deyib ki, Kür çayının iki yerində - Şirvan şəhərinin Bayramlı qəsəbəsi və Sabirabad rayonunun Mürsəlli kəndi istiqamətində yıxılmış bəndlərinin qısa müddətdə bərpasının başa çatdırılması çox sevindirici haldır. Çadır düşərgələrində məskunlaşmış əhalinin artıq doğma ev-eşiklərinə qaytarılmasına başlanılıb. Əlbəttə, ilk növbədə fəlakət bölgəsində yerləşsə də, subasmaya məruz qalmamış evlərin sakinləri köçürülür. Kəmaləddin Heydərov onu da bildirib ki, subasmaya məruz qalmış ərazilərdəki evlərdə nazirliyin iritutumlu su nasosları quraşdırılacaq və həyətləri basmış süxur və sel suları kənara axıdılacaq. Həyətlər sudan təmizləndikdən sonra əhalinin köçürülməsi davam etdiriləcəkdir. Nazir qısa müddətdə əhalinin doğma evlərinə köçürülməyə başlanmasını çox sevindirici, əlamətdar hadisə kimi səciyyələndirib və bildirib ki, bu, daşqın zonasında fövqəladə tədbirlər görülməsi barədə Prezident İlham Əliyevin verdiyi qəti, prinsipial tapşırıq və göstərişlərin yerinə yetirilməsinin nəticəsidir.

Digər xəbərlər