PDF Oxu

Sosial

  • 9

Bəzi abituriyentlər ali məktəblərə imtahansız qəbul olunacaqlar

Bəzi abituriyentlər ali məktəblərə imtahansız qəbul olunacaqlar
Dünya fənn olimpiadaları, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin ali məktəblərə imtahansız qəbul olunması ilə bağlı qərar Nazirlər Kabineti tərəfindən hazırlanaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) göndərilib. SİA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında məlumat verib. O bildiirb ki, komisisya tərəfindən bu qərara müsbət rəy verilib və təsdiq olunmaq üçün Ədliyyə Nazirliyinə göndərilib. "Təhsil haqqında qanuna" görə müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı aşağıdakı kimi müəyyən olunub: İdman sahəsində olimpiya, dünya, Avropa çempionatlarının qalibləri yəni I,II,III yerləri tutanlar ali məktəblərin müvafiq ixtisası üzrə imtahansız qəbul olunacaqlar. Təhsil sahəsi üzrə dünya fənn olimpiadalarının qalibləri müvafiq ixtisasa qəbul olunacaq. Məsələn bu yaxınlarda Bakıda keçirilən 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının qalibi kimya, kimya-texnoloji ixtisaları, ekologiya fakultələrində imtahansız qəbul ola bilər, ancaq o, tibb və ya filologiya fakultəsində oxumaq istəsə gərək imtahan versin. Musiqi və incəsənət sahələri üzrə dünya və beynəlxalq müsabiqələrin qalibləri ali məktəblərin müvafiq ixtisasları üzrə dövlət sifarişli yerlərə imtahansız qəbul olunacaqlar", - deyə o əlavə edib.

Digər xəbərlər